SON XƏBƏRLƏR

İRAN ADLANAN YERDƏ SƏRNİŞİN AVTOBUSLARINDA MUSİQİ və QADINLARIN SÜRÜCÜLƏRİN ARXASINDAKI OTURACAQDA ƏYLƏŞMƏSİ QADAĞAN OLUNDU

2021.10.20, 07:36
İRAN ADLANAN YERDƏ SƏRNİŞİN AVTOBUSLARINDA MUSİQİ və QADINLARIN SÜRÜCÜLƏRİN ARXASINDAKI OTURACAQDA ƏYLƏŞMƏSİ QADAĞAN OLUNDU

Gunaz.tv
SƏRNİŞİN AVTOBUSLARINDA MUSİQİ və QADINLARIN SÜRÜCÜLƏRİN ARXASINDAKI OTURACAQDA ƏYLƏŞMƏSİ QADAĞAN OLUNDU mehemmedroyaniyan1.jpg Məhəmməd Royaniyan İran yol polisinin rəisi general Məhəmməd Royaniyan jurnalistlərə açıqlamasında şəhərlərarası sərnişin avtobuslarında musiqiyə qadağa qoyulduğunu deyib. Başqa bir qadağaya görə, qadın sərnişinlər sürücünün arxasındakı oturacaqda əyləşə bilməzlər. «Media forum» saytının məlumatına görə, M.Royaniyan yeni qaydalara riayət etməyənlərin sürücülük vəsiqələrinin müddətli ləğvinə qərar veriləcəyini vurğulayıb: «Bizə gələn məlumatlara görə, şəhərlər arasında sərnişin daşıyan sürücülərin bir qismi yolda nəinki namaz qılmaq üçün dayanmır, hətta qanunsuz musiqilər səsləndirirlər. Biz bu kimi sürücüləri əyalətlərin polis məntəqələrinə çağıracaq, onlardan buna bir daha yol verməmək üçün yazılı öhdəliklər alacağıq. Lakin onlar bu hərəkəti təkar etsələr, onların sürücülük vəsiqələrini üç ay müddətinə ləğv edəcək, işləməsinə mane olacağıq». M.Royaniyan onu da bildirib ki, sürücülər qadınların onlardan arxadakı oturacaqda oturmasına icazə verməməlidir, hətta bu qadınlar onların öz ailəsindən olsa belə. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar