SON XƏBƏRLƏR

Dindarlar konstitusiyaya dəyişiklikləri dəstəkləyir

2021.10.20, 07:36
Dindarlar konstitusiyaya dəyişiklikləri dəstəkləyir

Gunaz.tv
Dindarlar konstitusiyaya dəyişiklikləri dəstəkləyir allahshukur2.jpg Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası fətva verib. Bu məqsədlə keçirilən toplantıda idarənin sədri Hacı Allahşükür Paşazadə konstitusiyaya dəyişikliklərlə bağlı təkliflərə də münasibət bildirb. Bütün qafqazın şeyxi «Xalq istəyirsə, biz dəyişikliklərə etiraz etmirik» deyib. konstitusiyada dəyişikliklərlə bağlı təkliflər zamanın tələbidir. Deyən Qafqaz Müsəlmanarı İdarəsinin sədri Hacı Allahşükür Paşazadə bunun xalqın iradəsinə uyğun olduğunu bildirdi. Bütün Qafqazın şeyxi ötən həftə Milli Məclisdə müzakirəyə çıxarılan reproduktiv sağlamlıq haqqında qanun layihəsi ilə bağlı münasibət bildirdi. O, qanun layihəsinin bu şəkildə qəbul edilməsini genofondumuza zərbə adlandırdı. «İslam elmin əleyhinə deyil»- deyən Şeyxülislam bildirdi ki, bu cür qanun layihələrinin hazırlanmasında milli adət – ənənə gözlənilməlidir. Din xadimlərinə məscidlərdə maarifəndirmə işini gücləndirməyi tövsiyə edən Hacı Allahşükür Paşazadə onları 2009-cu il yanvarın 7-nə düşən aşura günündə dini inanclarını qanun çərçivəsində icra etməyə çağırdı. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının bu günki toplantısında verdiyi fətvaya görə, hicri qəməri təqvimlə 1430-cu il Məhərrəm ayının 1-i miladi təqvimlə dekabrın 29-na təsadüf edir. Həmin gün Kərbəla şəhidləri ilə bərabər Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş vətən oğullarının, 20 Yanvar şəhidlərinin xatirəsi yad olunacaq. Son illər ənənə halını almış qan vermə aksiyaları keçirləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar