SON XƏBƏRLƏR

Qırğız müxalifəti prezidentə ultimatum irəli sürdü

2021.10.20, 07:36
Qırğız müxalifəti prezidentə ultimatum irəli sürdü

Gunaz.tv
Qırğız müxalifəti prezidentə ultimatum irəli sürdü gurcustan-muxalifeti.jpg 11 siyasi qüvvə Birləşmiş Xalq Hərəkatı yaratdı Qırğızıstanda 11 müxalif siyasi qüvvənin daxil olduğu Birləşmiş Xalq Hərəkatı yaradılıb. Lent.az-ın “24.kg” agentliyinə istinadən verdiyi məlumata görə, hərəkat ölkədə hakimiyyət dəyişikliyi tələb edərək etiraz aksiyaları keçiriləcəyini bəyan edib. Hərəkata “Ata-Məkan” partiyası, “Vahid Qırğızıstan”, “Ədalət uğrunda” hərəkatları, “Ulu Birlik” partiyası, Yaşıllar Partiyası və digərləri daxil olub. Onlar prezidentin və digər hakimiyyət nümayəndələrinin xalqın etimadını doğrulda bilmədiklərini etiraf etmələrini tələb ediblər. Müxalifətin liderlərindən biri olan Əzimbəy Bakiyev etiraz aksiyalarının öz hədəfinə çatacağına söz verib. Onun silahdaşı, keçmiş xarici işlər naziri Əlibəy Cekşenkulov isə qanun çərçivəsindən kənara çıxmayacaqlarını vurğulayıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar