SON XƏBƏRLƏR

Erməni snayperi Tərtər sakinini öldürdü

2021.10.20, 07:36
Erməni snayperi Tərtər sakinini öldürdü

Gunaz.tv
Erməni snayperi Tərtər sakinini öldürdü snayperci.jpg Ermənistan Silahlı Qüvvələri Tərtər rayonunun Həsənqaya kəndində, cəbhə xətti yaxınlığında qoyun otaran mülki şəxsi qətlə yetirib. Lent.az-ın “ANS PRESS”ə istinadən məlumatına görə, hadisə dünən günün ikinci yarısında baş verib. Qətlə yetirilən Tərtər rayon sakini 54 yaşlı Asif Mehman oğlu Şəldiyevdir. O, döş qəfəsinin sol nahiyəsindən snayperlə vurulub. Mərhumun ailəsi hadisədən gecə saatlarında xəbər tutsa da, meyitin axtarışı səhər saatlarına kimi davam edib. Səhər saatlarında meyit hadisə yerindən götürülüb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar