SON XƏBƏRLƏR

V.Putin:

2021.10.20, 07:36
V.Putin:

Gunaz.tv
V.Putin:"Ucuz qaz erası sona çatır" 20081125172417putin1203.gif Vladimir Putin Rusiya Baş Naziri, Vladimir Putin, deyib ki, ucuz qaz erası sona çatmaqdadır. V.Putin bunu Moskvada qaz ixrac edən ölkələrin enerji nazirlərinin forumunda deyib. Forumda İran, Liviya, Venesuella kimi ölkələr iştrak edirlər. V. Putin xəbərdarlıq edib ki, qaz hasilatının şərtləri son dövrlərdə dəyişib. Belə ki, perspektiv qaz sahələrinin ucqar ərazilərdə yerləşdiyindən, qaz hasilatı son zamanlar bahalaşıb. Vladimir Putin bunları forumun açılışında deyib. İndiyə qədər, qaz ixrac edən ölkələrin forumu qeyri-formal səciyyə daşıyıb. Lakin Rusiya əlaqələrin rəsmiləşdirilməsinə çalışır. V.Putinin xəbərdarlığına baxmayaraq, expertlər hesab edir ki, yaxın perspektivdə qaza qiymətlərin enməsi daha ehtimallıdır. Çünki adətən, qazın qiyməti neft qiymətlərinin dinamikasını təkrarlayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar