SON XƏBƏRLƏR

Beynəlxalq Qırmızı Xaç Komitəsi azərbaycanlı əsir Rafiq Həsənovun televiziyaya çıxarılmasını pisləyir

2021.10.20, 07:36
Beynəlxalq Qırmızı Xaç Komitəsi azərbaycanlı əsir Rafiq Həsənovun televiziyaya çıxarılmasını pisləyir

Gunaz.tv
Beynəlxalq Qırmızı Xaç Komitəsi azərbaycanlı əsir Rafiq Həsənovun televiziyaya çıxarılmasını pisləyir esiresgerrafiqhesenov.jpg Bakı. Kəmalə Quliyeva - APA. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi Azərbaycan Ordusunun bu il oktyabrın 8-də erməni hərbçiləri tərəfindən əsir götürülmüş əsgəri Rafiq Rəhman oğlu Həsənovun Ermənistanda televiziyaya çıxarılmasına münasibət bildirib. BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva APA-ya bildirib ki, Beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyası saxlanılan şəxsi qorumağı tövsiyə etməklə yanaşı, həmin şəxsə qarşı ictimaiyyətin marağını süni surətdə artırmağı qadağan edir: “Fərqi toxdur, bu hərəkəti hansı tərəf edib. Neytral təşkilat kimi BQXK bu hərəkəti pisləyir”. G. Quliyeva bildirib ki, bəzi erməni mətbuat orqanlarında Rafiq Həsənovun guya BQXK nümayəndələrinin köməyi ilə televiziyaya çıxarılması barədə yayılan məlumatları da əsassız adlandırıb. Qeyd edək ki, 19 yaşlı əsir Rafiq Həsənovun Ermənistan televiziyalarının birində çıxış edərək Azərbaycana qayıtmaqdan imtina etdiyini söyləməsi barədə “Novosti Armeniya” agentliyi məlumat yayıb. Məlumata görə, R. Həsənov çıxışında Azərbaycan Ordusunda hərbi xidmət keçən zaman təhqir və alçaldığı hərəkətlərə məruz qaldığını, Azərbaycana qayıtmayacağını, Ermənistanda qalmaq istədiyini deyib. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu Qazax rayonu ərazisində, qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar