SON XƏBƏRLƏR

Bakı və Tiflis . strateji tərəfdaşlığı inkişaf etdirəcək

2021.10.20, 07:36
Bakı və Tiflis . strateji tərəfdaşlığı inkişaf etdirəcək

Gunaz.tv
Bakı və Tiflis strateji tərəfdaşlığı inkişaf etdirəcək Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzenin dünən Azərbaycana ikigünlük rəsmi səfəri başlayıb. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcü həmkarı ilə görüşdən sonra keçirdiyi birgə brifinqdə bildirib ki, "Qriqol Vaşadzenin xarici işlər naziri qismində ilk xarici səfərini Azərbaycana etməsi iki dövlət arasında strateji tərəfdaşlığın bir nümunəsi və isti münasibətlərin göstəricisidir". Məmmədyarovun sözlərinə görə, təkbətək və geniş tərkibli danışıqlar zamanı "bu ilin avqustunda Gürcüstanda baş vermiş hadisələr fonunda regiondakı vəziyyətə qiymət verilib". Məmmədyarov öz tərəfindən Vaşadzeyə Qarabağ nizamlanması üzrə danışıqların gedişatı haqda məlumat verib. Bundan başqa, GUAM, BMT, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin qarşılıqlı fəaliyyəti məsələləri də müzakirə edilib. İqtisadi mövzuya toxunan Məmmədyarov qeyd edib ki, son il ərzində iki ölkə arasındakı mal dövriyyəsi 86% artıb və 700 mln. dollardan artıq olub. Bu göstəricilər energetika sahəsində əməkdaşlıq, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin uğurlu fəaliyyəti sayəsində əldə olunub. Bakı-Tbilisi-Qars dəmiryol layihəsi üzrə əməkdaşlığın davam etdirilməsi zərurəti qeyd edilib. Bununla yanaşı, hər iki ölkədə digər infrastruktur layihələrinin reallaşması məsələləri də müzakirə edilib. Nazirlər həmçinin humanitar məsələləri, xüsusən Gürcüstanda Azərbaycan Mədəniyyəti Günləri və Azərbaycanda Gürcüstan Mədəniyyəti Günlərinin keçirilməsi məsələlərini müzakirə ediblər. Bundan başqa, Məmmədyarovun sözlərinə görə, Gürcüstandakı Azərbaycan məktəblərinin fəaliyyəti və ümumilikdə bu ölkədəki azərbaycanlıların vəziyyəti məsələlərinə də toxunulub. "Rusiyanın avqust təcavüzü regionumuzda sülhün nə qədər kövrək olduğunu və dost ölkələrin bir-birindən nə qədər asılı olduğunu, bizim gələcəkdə belə faciələri istisna etmək üçün əməkdaşlığı dərinləşdirməyə nə qədər ehtiyacımız olduğunu göstərib",- deyə öz növbəsində Gürcüstan XİN rəhbəri Vaşadze bildirib. Təhlükəsizlik, iqtisadiyyat və humanitar sahələrdə bütün məsələlər üzrə müzakirələr aparıldığını deyən nazir bəyan edib ki, bütün məsələlər üzrə tərəflər arasında tam anlaşma var: "Gürcüstanla Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlığa və yaxın qonşuluğa dair bir nümunədir". Yeni Gürcüstan-Amerika sazişinin imzalanması ilə bağlı danışıqların gedişatı haqda suala cavab verən Vaşadze bildirib ki, tərəflərin nəzərdə tutduğu məqsədlərə çatılarsa, "tarixi saziş" imzalamaq mümkün olacaq. Nazir bu sazişdə üç məsələni xüsusilə qeyd edib: ABŞ və Gürcüstan arasında strateji partnyorluq; Gürcüstanın ərazi bütövlüyü və suverenliyinin şərtsiz tanınması; müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq. Bəkir NƏRİMANOĞLU

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar