SON XƏBƏRLƏR

MÜXALİFƏT SABAH(24 DEKABR) AKSİYA KEÇİRMƏK İSTƏYİR. DANIŞIQLAR GEDİR

2021.10.20, 07:36
MÜXALİFƏT SABAH(24 DEKABR) AKSİYA KEÇİRMƏK İSTƏYİR. DANIŞIQLAR GEDİR

Gunaz.tv
MÜXALİFƏT SABAH AKSİYA KEÇİRMƏK İSTƏYİR. DANIŞIQLAR GEDİR th014657502.jpg Müxalifət partiyaları dekabrın 24-də Konstitusiya Məhkəməsinin binası qarşısında sanksiyalaşdırılmamış etiraz aksiyası keçirməyi planlaşdırır. Arif Hacılı Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının «Media forum» saytına bildirdiyinə görə, aksiyada Müsavat və digər siyasi qüvvlərin iştirakı gözlənir. Hazırda aksiya ilə bağlı müxtəlif siyasi qüvvələrlə müzakirələr aparıldığını deyən A.Hacılı istər həmin qüvvələrin adlarını, istərsə də aksiyanın saat neçədə keçiriləcəyini deməkdən imtina edib. Aksiyanı «Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında» referendum aktı layihəsinə etiraz olaraq keçirmək nəzərdə tutulur. Sözügedən layihə dekabrın 18-də Milli Məclisin müvafiq komissiyalarında müzakirə ediləndən sonra parlamentin plenar iclasına tövsiyə olunub. Dekabrın 19-da Milli Məclis layihəni rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərib. Konstitusiya Məhkəməsi layihəyə dekabrın 24-də rəy verəcəyini açıqlayıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar