SON XƏBƏRLƏR

TÜRKİYƏ ERMƏNİSTANLA MÜNASİBƏTLƏR QURMAĞA ÇOX YAXINDIR

2021.10.20, 07:36
TÜRKİYƏ ERMƏNİSTANLA MÜNASİBƏTLƏR QURMAĞA ÇOX YAXINDIR

Gunaz.tv
TÜRKİYƏ ERMƏNİSTANLA MÜNASİBƏTLƏR QURMAĞA ÇOX YAXINDIR Xarici işlər naziri Əli Babacan: “Əliyevlə Sərkisyan öz aralarında anlaşa bilsələr, bizim də işimiz asanlaşar” 3717.jpg Türkiyə Ermənistanla münasibətlər qurmaq yönündə mühüm irəliləyişlər əldə edib. Bu barədə xarici işlər naziri Əli Babacan ölkəsinin xarici siyasət sahəsində 2008-ci ildə atdığı addımlar haqda danışarkən bildirib. Telekanallardan birinə müsahibəsində Babacan deyib ki, erməni məsələsi ilə bağlı I Dünya müharibəsindən bu yana davam edən problemin həlli heç vaxt indiki kimi yaxın olmamışdı. “Serj Sərkisyan hakimiyyəti həm Azərbaycanın, həm də Türkiyə ilə problemlərin həllinin Ermənistana stabillik və inkişaf gətirəcəyinə inanır... ...Azərbaycanın dövlət başçısı İlham Əliyevlə Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda razılaşma əldə edilməsi üçün iradə göstərirlər. Əgər onlar irəliləyiş əldə etsələr bizim işlərimiz də asanlaşar” - deyə Babacan qeyd edib. Türkiyə xarici işlər naziri Ermənistanla danışıqlarda son nöqtəyi qoymağa hazır olmadıqlarını, ancaq bununla belə, önəmli irəliləyiş əldə etdiklərini bildirib. Onun sözlərinə görə, münaqişənin həlli üçün ABŞ və Rusiya da iradə göstərir: “Təbii ki, hər üç ölkə üçün həssas məsələlər Azərbaycan ərazilərinin işğalı, Türkiyəyə qarşı ”soyqırım" iddiaları, Ermənistan üçün isə diaspora amilidir" . Babacanın ermənistanlı həmkarı Edvard Nalbəndyan isə Dağlıq Qarabağa səfər edib. “Novosti-Armeniya” agentliyinin xəbərinə görə, o, “DQR” separatçılarının lideri Bako Saakyanla görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların indiki vəziyyətini müzakirə edib. Ermənistan XİN-in məlumatına görə, Nalbəndyan Saakyana dekabrın əvvəllərində Helsinkidə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla aparılmış danışıqlar haqda məlumat verib. O qeyd edib ki, münaqişənin həllinə dair razılaşma Dağlıq Qarabağın iştirakı olmadan əldə edilə bilməz. Ermənistanın müxalifət lideri Levon Ter-Petrosyan isə hesab edir ki, Qarabağ məsələsi həll edilməyənədək Ermənistan - Türkiyə münasibətləri düzəlməyəcək, Türkiyə-Ermənistan sərhədi açılmayacaq: Amma bu metodoloji prinsipin reallaşması Qarabağ münaqişəsinin həlli prosesində, əsasən də Azərbaycana təsiri məsələsində Türkiyənin mövqeyinin nə qədər konstruktiv və qərəzsiz olmasından asılı olacaq", - deyə Petrosyan bəyan edib. Ter-Petrosyan qeyd edib ki, Türkiyə tərəfi Türkiyə-Ermənistan münasibətlərinin həlli məsələsində qondarma erməni soyqırımı ilə bağlı Ermənistan-Türkiyə tarixçilərindən ibarət komissiyanın yaradılmasını da nəzərdə tutur. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar