SON XƏBƏRLƏR

GÜNEYLİ FƏALI TƏBRİZ ZİNDANINA KÖÇÜRÜBLƏR

2021.10.20, 07:36
GÜNEYLİ FƏALI TƏBRİZ ZİNDANINA KÖÇÜRÜBLƏR

Gunaz.tv
GÜNEYLİ FƏALI TƏBRİZ ZİNDANINA KÖÇÜRÜBLƏR emirelizebihi1.jpg Əmirəli Zəbihi «Media forum» saytının məlumatına görə, Tehran İnqilab Məhkəməsinin 8 aylıq həbsə məhkum etdiyi təbrizli fəal Əmirəli Zəbihinin şəhər zindanına köçürüldüyü xəbəri yayılıb. Ə.Zəbihinin həbsdə müxtəlif psixi və fiziki təzyiqlərə məruz qaldığı bildirilir. Təbriz Azad Universitetinin məzunu olan mühəndis Ə.Zəbihi 2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə qarşı düzənlənən etiraz aksiyalarına qoşulduğu üçün 45 gün həbsdə saxlanmış, sonra müvəqqəti zaminə buraxılmışdı. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar