SON XƏBƏRLƏR

Regionda sülh kövrəkdir

2021.10.20, 07:36
Regionda sülh kövrəkdir

Gunaz.tv
Regionda sülh kövrəkdir Gürcüstan XİN rəhbəri əməkdaşlığı dərinləşdirməyin lazım gəldiyini deyir Bakıda səfərdə olan Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bəyan edib ki, regionda avqust hadisələrinin təkrarlanmasının qarşısını almaq üçün ölkələr arasında əməkdaşlığı gücləndirmək lazımdır. "Rusiyanın avqust təcavüzü regionumuzda sülhün nə qədər kövrək, dost ölkələrin bir-birindən nə dərəcədə asılı olduğunu və gələcəkdə belə faciələri istisna etmək üçün əməkdaşlığın dərinləşməsinə necə ehtiyac duyduğumuzu göstərdi" - deyə nazir azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşün yekunları üzrə keçirdiyi mətbuat konfransında bildirib. Nazir bildirib ki, hər bir məsələdə tam qarşılıqlı anlaşma var. Onun sözlərinə görə, Azərbaycanla Gürcüstan arasında münasibətlərin strateyi tərəfdaşlıq, mehriban qonşuluq nümunəsi olduğunu və əməkdaşlığın bütün səviyyələrdə iki prezident arasında mövcud olan etimad və dostluq xarakteri daşıdığını söyləmək olar. O, GUAM çərçivəsində fəaliyyətin intensivləşdiyini də qeyd edib. E.Məmmədyarov öz növbəsində bəyan edib ki, Q.Vaşadzenin XİN başçısı kimi Azərbaycana birinci xarici səfəri ölkələr arasında strateyi tərəfdaşlığın səviyyəsini göstərir. E.Məmmədyarov bildirib ki, görüşdə iki ölkə qarşısında duran bütün məsələlər müzakirə olunub: "Gürcüstanda avqust hadisələri fonunda regionda vəziyyət qiymətləndirilib. Bundan əlavə, mən qonağı Qarabağ münaqişəsinin həlli istiqamətində vəziyyətlə bağlı məlumatlandırmışam". GUAM, ATƏT, BMT çərçivəsində fəaliyyəti də müzakirə edən tərəflər son il ərzində iki ölkə arasında mal dövriyyəsinin 6 faiz artaraq 200 mln. dollar təşkil etdiyini bildiriblər. E.Məmmədyarov qeyd edib ki, hər iki ölkə Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin, eləcə də regionu bütün dünyaya açmaq məqsədilə infrastrukturun inkişafı ilə bağlı digər layihələrin reallaşdırılması üzrə əməkdaşlığın davam etdirilməsinə sadiqdir. Eyni zamanda, Gürcüstanda yaşayan azərbaycanlıların və bu ölkədəki Azərbaycan məktəblərinin vəziyyəti müzakirə olunub. Azər NURİYEV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar