SON XƏBƏRLƏR

İRANDA 80 İLDƏN ÇOXDUR AZƏRBAYCAN DİLİNDƏ TƏHSİLƏ QOYULAN QADAĞANIN LƏĞVİ UĞRUNDA MÜBARİZƏ GEDİR

2021.10.20, 07:36
İRANDA 80 İLDƏN ÇOXDUR AZƏRBAYCAN DİLİNDƏ TƏHSİLƏ QOYULAN QADAĞANIN LƏĞVİ UĞRUNDA MÜBARİZƏ GEDİR

Gunaz.tv
İRANDA 80 İLDƏN ÇOXDUR AZƏRBAYCAN DİLİNDƏ TƏHSİLƏ QOYULAN QADAĞANIN LƏĞVİ UĞRUNDA MÜBARİZƏ GEDİR faxtezamani41.jpg Faxtə Zamani İranda Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Birliyinin rəhbəri Faxtə Zamani BMT-nin İnsan Hüquqları Ali Komissarlığının Cenevrədə keçirdiyi forumda İran İslam Respublikasında milli azlıqların, o cümlədən azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulmasından, onlara öz ana dilində təhsil almağa imkan verilməməsindən danışıb. «Media forum» saytının məlumatına görə, dekabrın 15-16-da keçirilən, müxtəlif ölkələrdən nümayəndələrin iştirak etdiyi forumda F.Zamani deyib ki, İran əhalisinin 37 faizi azərbaycanlılardan ibarətdir: «İranda yaşayan azərbaycanlılar 1925-ci ildən bəri (Pəhləvi rejimi hakimiyyətə gələndən sonra) Azərbaycan dilində təhsilə qoyula qadağanın ləğvi uğrunda dinc mübarizə aparırlar. Onlar bu ədalətli tələblərinə görə istər keçmiş şah rejimi dövründə, istərsə də islam respublikasının hakimiyyətində vəhşicəsinə təzyiqlərə məruz qalıblar». F.Zamani vurğulayıb ki, hazırda bu məsələdə vəziyyət ağır olaraq qalır, ana dilində təhsil almaq hüququnu tələb edən azərbaycanlılar təqib edilir, həbsə atılır. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar