SON XƏBƏRLƏR

Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılır _ Hasan İğsız:

2021.10.20, 07:36
Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılır _ Hasan İğsız:

Gunaz.tv
"Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılır" Hasan İğsız: "Biz bundan məmnunuq. Bu istiqamətdə yardımlarımızı davam etdirəcəyik" 2.231208.jpg Dünən Bakıda Azərbaycanla Türkiyə arasında Yüksək Səviyyəli Hərbi Dialoq başlayıb. APA-nın məlumatına görə, Türkiyə nümayəndə heyətinə bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahının ikinci rəisi ordu generalı Hasan İğsız rəhbərlik edir. H. İğsızın başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib. Hərbi Dialoqda ölkələr arasında müdafiə sektorunda qarşılıqlı maraq doğuran məsələlərin müzakirə ediləcəyini bildirən H. İğsız müzakirə olunacaq konkret məsələlər barədə məlumat verməyib. H. İğsız Türkiyə və Azərbaycan arasında hərbi əlaqələrin genişləndiyini və ölkəsinin Azərbaycan Silahlı Qüvvələrinə bundan sonra da yardımları davam etdirəcəyini vurğulayıb: "Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına uyğunlaşdırılır. Biz bundan məmnunuq. Bu istiqamətdə yardımlarımızı davam etdirəcəyik". Qeyd edək ki, danışıqlarda iştirak edən nümayəndə heyətində Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun birləşmələrinin, həmçinin Milli Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Müştəşarlığının yüksək rütbəli rəsmiləri təmsil olunurlar. İki gün davam edəcək Hərbi Dialoqda müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının keçirilməsinə dair Vəzifə Təlimatı üzrə razılaşma 2007-ci il fevralın 26-da Bakıda imzalanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar