SON XƏBƏRLƏR

Saakaşvili Moskva ilə gizli danışıqlar aparır

2021.10.20, 07:36
Saakaşvili Moskva ilə gizli danışıqlar aparır

Gunaz.tv
Saakaşvili Moskva ilə gizli danışıqlar aparır saakasvili.jpg Rusiyada yaşayan gürcülərin lideri Gürcüstan prezidentinin Qərbdən məyus olduğunu iddia edir Rusiya və Gürcüstan münasibətlərin normallaşdırılması ilə bağlı gizli danışıqlara başlayıblar. Lent.az-ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyada yaşayan gürcülərin Şurasının rəhbəri Mixail Xubutiya bildirib. Xubutiya iddia edib ki, Gürcüstan rrezidenti Mixail Saakaşvilinin Moskva ilə danışıqlarında vasitəçilərdən biridir. O, noyabrın 21-də Münxendə Saakaşvili ilə görüşdüyünü, müvəqqəti olaraq Rusiya ərazisində yaşayan gürcülərin problemlərini, eləcə də Tiflis və Moskva arasında aviadaşımaların və diplomatik münasibətlərin bərpa edilməsini müzakirə etdiklərini bildirib. Xubutiya danışıqlarda kimin vasitəçisi olduğunu və ona kimin müraciət etdiyini açıqlamayıb. Bununla yanaşı o, Saakaşvilinin Moskva ilə münasibətlərə hazır olduğunu “hiss etdiyini” iddia edib. Xubutiyanın sözlərinə görə, Saakaşvilinin Qərbdən məyus olduğu və Rusiya ilə dialoqun vacib olduğunu başa düşməyə başladığı görünür: “Rusiya ağıllı hərəkət edərək ona kömək etməlidir. İş gedir. Görək nə alınacaq”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar