SON XƏBƏRLƏR

İran xüsusi xidmət orqanları Böyük Britaniyanın bir neçə vətəndaşını casusluq ittihamı ilə həbs ediblər. Lent.az-ın İranın “Press TV” qəzetinə istinadən verdiyi məlumata görə, onlar “BBC” korporasiyasında işləyirlərmiş

2021.10.20, 07:36

Gunaz.tv
“BBC” jurnalistləri casusluq ittihamı ilə həbs edildilər bbc.jpg İran xüsusi xidmət orqanları Böyük Britaniyanın bir neçə vətəndaşını casusluq ittihamı ilə həbs ediblər. Lent.az-ın İranın “Press TV” qəzetinə istinadən verdiyi məlumata görə, onlar “BBC” korporasiyasında işləyirlərmiş. İran parlamentinin xarici siyasət və təhlükəsizlik komissiyasının üzvü Məhəmməd Kərim Abedi bildirib ki, casuslar məşhur telekompaniyanın əməkdaşları adı altında fəaliyyət göstəriblər və casus şəbəkəsi Britaniyanın İrandakı səfirliyinin köməkliyi ilə yaradılıb. O, “jurnalistlərin” ölkənin təhlükəsizliyinə ciddi zərər yetirməyə imkan tapmadıqlarını da qeyd edib. İran xüsusi xidmət orqanları Britaniya vətəndaşlarının mehmanxanada sənədlərin qeydiyyatı zamanı ad və soyadlarını dəyişmələrindən şübhələniblər. Həbs olunanların sayı barədə məlumat verilmir. Hələlik olayı nə “BBC” korporasiyası, nə də Britaniya səfirliyi şərh etməyib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar