SON XƏBƏRLƏR

AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN AVROPA FORUMUNUN BERLİNDƏ ŞÖBƏSİ YARADILIB

2021.10.20, 07:36
AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN AVROPA FORUMUNUN BERLİNDƏ ŞÖBƏSİ YARADILIB

Gunaz.tv
AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN AVROPA FORUMUNUN BERLİNDƏ ŞÖBƏSİ YARADILIB Mərkəzi Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) Berlində şöbəsi yaradılıb. Berlin məhkəməsi ATAF-ı rəsmi qeydiyyatdan keçməklə bağlı müraciətinə müsbət cavab verib. ATAF-ın Berlin şöbəsinin əsas məqsədi ilk növbədə Berlində və ümumiyyətlə Almaniyada yaşayan azərbaycanlılar arasında şəbəkələşmənin və əlaqələrin sıxlaşmasına çalışmaq, eyni zamanda Azərbaycanı alman ictimaiyyətinə yaxından tanıtmaqdır. Yaxın vaxtlarda bu məsələlərlə bağlı bir neçə layihə həyata keçiriləcək. Berlin şöbəsinin yaradılması barədə təklif 2006-cı ildə Almaniya Bundestaqında ATAF-ın keçirdiyi forum zamanı irəli sürülüb. ATAF-ın Strasburq, Paris, Moskva, Londondakı şöbələri də daxil olmaqla müxtəlif şəhərlərdə 10-dək bölməsi var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar