SON XƏBƏRLƏR

QIRĞIZISTANDA YAŞAYAN AZƏRBAYCANLILAR HAQQINDA KİTAB NƏŞR EDİLMİŞDİR

2021.10.20, 07:36
QIRĞIZISTANDA YAŞAYAN AZƏRBAYCANLILAR HAQQINDA KİTAB NƏŞR EDİLMİŞDİR

Gunaz.tv
QIRĞIZISTANDA YAŞAYAN AZƏRBAYCANLILAR HAQQINDA KİTAB NƏŞR EDİLMİŞDİR AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Bişkekdəki “Salam” nəşrlər evi “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini Əsəd Həsənovun “Azərbaycanlılar Qırğızıstanda” kitabını rus dilində çap etmişdir. Bişkekdə yaşayan soydaşımız, professor Arif Qəmərli kitaba yazdığı ön sözdə bildirir ki, toplunun müəllifi Əsəd Həsənovun valideynləri ilə buraya sürgün ediləndə 16-17 yaşı vardı. O, burada təhsil almış, hörmət-izzət sahibi olmuşdur. Ə.Həsənov Qırğızıstanın Əməkdar İnşaatçısı fəxri adını daşıyır. Kitabda soydaşlarımızın bu ölkəyə sürgün edilməsi haqqında qiymətli arxiv materialları toplanmışdır. Müəllif kitabın əvvəlində Azərbaycanın tarixi, adət-ənənələri, milli mətbəxi, təsviri incəsənəti və memarlıq abidələrindən söhbət açır, dünya ölkələrində yaşayan azərbaycanlılar haqqında məlumat verir. Sonra müəllif azərbaycanlıların Qırğızıstana və Qazaxıstana sürgün edilməsi haqqında danışır, bu ölkədə yaşayan tanınmış soydaşlarımız barədə söhbət açır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar