SON XƏBƏRLƏR

Hacı Allahşükür Paşazadə: Konstitusiyaya təklif edilən dəyişikliklərin əleyhinə deyiləm

2021.10.20, 07:36
Hacı Allahşükür Paşazadə: Konstitusiyaya təklif edilən dəyişikliklərin əleyhinə deyiləm

Gunaz.tv
«Konstitusiyaya təklif edilən dəyişikliklərin əleyhinə deyiləm» allahsk_pashaz_15_)8.jpg Hacı Allahşükür Paşazadə dəyişikliklərin demokratiyanın bir nümunəsi olduğunu deyir «Konstitusiyaya təklif edilən dəyişikliklərin əleyhinə deyiləm». ANS PRESS-in məlumatına görə, bu sözləri konstitusiyaya təklif edilən dəyişiklərə münasibət bildirən bütün Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Hacı Allahşükür Paşazadə deyib. Onun sözlərinə görə, əgər xalq istəyirsə, bu dəyişikliyi etmək olar. «İnsanlar kimi istəyirlər seçsinlər. Bu özü də bir demokratiyadır. Bu, Azərbaycanın daha da yüksəlişi deməkdir». Xatırladaq ki, ölkə konstitusiyasında eyni şəxsin 2 dəfədən artıq prezident seçilməsinə məhdudiyyət nəzərdə tutan müddəanın aradan qaldırılması ilə bağlı referendumun keçirilməsi məsələsinə Konstitusiya Məhkəməsində dekabrın 24-də baxılacaq. Konstitusiya dəyişikliyi ilə bağlı təklifi hakim Yeni Azərbaycan Partiyası irəli sürüb. Məsələ Milli Məclisdə müzakirə olunub və təklifi deputatlar bəyənib. Son sözu isə Konstitusiya Məhkəməsi deməlidir. Anar Məmmədov/ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar