SON XƏBƏRLƏR

Azərbaycanla Türkiyə qardaşdan da yaxındır

2021.10.20, 07:36
Azərbaycanla Türkiyə qardaşdan da yaxındır

Gunaz.tv
Azərbaycanla Türkiyə qardaşdan da yaxındır azeri-turkish.jpg «Azərbaycanla Türkiyə qardaşdan da yaxındır. Hərbi sahədə Türkiyə dost ölkə ilə müttəfiqliyini daha da artırır» bu sözləri ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ikinci rəisi, ordu generalı Hasan İğsız deyib. Yüksək rütbəli qonaq səfərini milli lider Heydər Əliyevin məzarı ziyarətlə başlayıb. Görkəmli alim oftolmoloq Zərifə xanım Əliyevanın məzarı ziyarət edildikdən sonra nümayəndə heyəti ulu öndərin abidəsi önünə əklil və gül dəstələri qoyub. Ordu generalı Hasan İğsız quru qoşunları, hərbi hava, hərbi dəniz qüvvələri, jandarma baş komandanlığı üzvləri ilə birgə Şəhidlər Xiyabanında da oldular. Türk şəhidləri də anıldı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar