SON XƏBƏRLƏR

Tədqiqat:

2021.10.20, 07:36
Tədqiqat:

Gunaz.tv
Tədqiqat: "Türkiyədə insanlar ibadətə məcbur edilir" 20080314204219turkey152.jpg Türkiyədə ibadətlə məşğul olmayan müsəlmanlar hicab geyməyə, cümə namazlarına getməyə, Ramazan ayında oruc tutmağa məcbur edilirlər. Daha dəqiqi, əgər onlar hökumət qurumlarında işləmək istəyirlərsə, məcburən ibadət edirlər. Associated Press agentliyi Açıq Cəmiyyət İnstitutu və İstanbulun Bosfor Universitetinin apardığı tədqiqatın nəticələrinə əsasən bu məlumatı yayıb. Bəzi türklər Baş nazir Rəcəb Tayib Ərdoğanın islamçı partiyası ilə ayaqlaşmaq üçün öz həyat tərzlərini dəyişirlər və ibadətə başlayırlar. Türkiyənin 12 əyalətində 401 nəfərlə aparılmış müsahibələrə əsaslanan tədqiqat belə hesab edir. Amma cənab Ərdoöanın partiyasının yüksək rütbəli rəsmisi tədqiqatın nəticələrini rədd edib və deyib ki, partiya ibadət etməyənlərlə edənlər arasında fərq qoymur və heç kəsə təzyiq göstərmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar