SON XƏBƏRLƏR

ATƏT Cənubi Osetiyadakı missiyasını dayandırır

2021.10.20, 07:36
ATƏT Cənubi Osetiyadakı missiyasını dayandırır

Gunaz.tv
ATƏT Cənubi Osetiyadakı missiyasını dayandırır 20080828122012flag.jpg Gürcütan ATƏT-in Cənubi Osetiyadakı missiyasını dayandırmaq qərarını kəskin tənqid edib. Gürcüstanın separatçı bölgələrlə iş üzrə inteqrasiya naziri Timur Yakobaşvili bildirib ki, Rusiya bu missiyanın dayandırılmasına can atırdı, beləki onun təbirincə desək, Cənubi Osetiyada törətdiyi cinayətlərin üstünün açılmasını istəmir. Bundan əvvəl Finlandiya missiyanın mandatının daha üç ay artırılması üçün bu günə danışıqlar təyin etmişdi. İndiki mandat dekabrın 31-də bitir. Finlandiyanın ATƏT-dəki səfiri Antti Turunen təəssüflə bildirib ki, mandatın təzələnməsi məsələsində konsensus əldə olunmayıb. Bu isə o deməkdir ki, ATƏT-in missiyası Gürcüstanı tərk etməli olacaq. Hazırda 200 nəfərdən ibarət olan missiyası Gürcüstanda 1992-ci ildən mövcud idi. Cənab Turunen Rusiyanın adını çəkməsə də bildirib ki, konsensus bir ölkənin mövqeyi ucbatından əldə olunmayıb. Əvəzində bu məqamı Britaniya və Amerikanın səfirləri açıqlayıblar. Britaniyanın ATƏT-dəki nümayəndəsi İan Cliff bilıdirib ki, Rusiya bununla Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasına nail olmaq istəyir. Amerikanın səfiri Julie Finley isə bildirib ki, Rusiyanın inadkarlığı qeyri-məqbuldur. Rusiyanın ATƏT-dəki səfiri Ənvər Əzizovsa deyib ki, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyi reallıqdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar