SON XƏBƏRLƏR

Tarkan: «Mənim ermənilərdən üzr istəməyimdən xəbərim yoxdur»

2021.10.20, 07:36
Tarkan: «Mənim ermənilərdən üzr istəməyimdən xəbərim yoxdur»

Gunaz.tv
Tarkan: «Mənim ermənilərdən üzr istəməyimdən xəbərim yoxdur» 2008-12-23_8767.jpg Tanınmış türk müğənnisi Tarkan qondarma erməni soyqırımını qəbul edərək «ermənilərdən üzr istəyirəm» kampaniyasına imza edənlər sırasında adının hallandırılmasına münasibət bildirib. ANS PRESS-in Türkiyənin «Hürriyyət» qəzetinə istinadən verdiyi məlumata görə, meqastar Avropada qastrol səfərində olduğunu, adının kampaniyada imza edənlər sırasında olmasını mətbuatda yayılan söhbətlərdən öyrəndiyini deyib. «Bu hadisə mənim istəyim və iradəmdən kənar gerçəkləşib. Bundan mənim xəbərim yoxdur», deyə bildirib. Qeyd edək ki, Tarkanın dekabrın 30-da Bakıda Heydər Əliyev adına Sarayda konserti nəzərdə tutulub. Dekabrın 22-də konsertin təşkilatçılarından biri olan «Qarant Sığorta» şirkəti müğənninin «ermənilərdən üzr istəyirəm» kampaniyasına qoşulması barədə xəbərlərin təsdiqlənəcəyi təqdirdə konsertin keçirilməsindən imtina ediləcəyini bildirmişdi. Xatırladaq ki, "ozurdiliyorum.com" saytı vasitəsilə aparılan imza kampaniyasında bir nəfər Tarkan Tevet oğlu imzası ilə qeydiyyatdan keçib, bu isə meqastarın qondarma erməni soyqırımını qəbul etməsi barədə yayılan söz-söhbətlərə əsas olub

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar