SON XƏBƏRLƏR

Çe Qevara da təcavüzkar imiş?

2021.10.20, 07:36
Çe Qevara da təcavüzkar imiş?

Gunaz.tv
Çe Qevara da təcavüzkar imiş? article_1229940764.gif Latın Amerikasının inqilab simvolu Çe Qevaranın bir "ölüm maşını" olduğu iddia edildi! QayNar: Latın Amerikasının inqilab ruhu olan Çe Qevara haqqında inanılmaz bir iddia ortaya atıldı. "Qaynar.info" xəbərə verir ki, aktyor Benisio del Toronun canlandırdığı filmin ssenaristlərinə görə əfsanəvi inqilabçı, edam və işgəncə əmrləri veribmiş. Latın Amerikası inqilablarının və dünya gəncliyinin etiraz simvolu Çe Qevaranın vəhşi bir qatil və işgəncə ustası olduğu iddia edilib... Aktyor Benisio del Toronun oynadığı filmin rejissoru Stiven Soderberqdir. Filmin ssenarisində, ünlü inqilabçının Kuba inqilabında Kastroya qarşı verdiyi qərarlarda və inqilabın qəbul etdirilməsi üçün vəhşi şəkildə davranaraq "bu bir inqilabdır, inqilab saf bir nifrətin hərəkətləndirdiyi soyuq bir öldürmə istəyindən doğmalıdır" kimi cümlələrinə yer verilir. Filmdə Çe, bundan başqa, Birləşmiş Millətlər Təşkilatında ondan soruşulan bir sualın cavabında, "Yox etmək, bəli qəti şəkildə yox edəcəyik, hara qədər gərəklidirsə, oraya qədər yox etmək planımızı gerçəkləşdirəcəyik" deyə açıqlama verir. //Rəşad Səfərov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar