SON XƏBƏRLƏR

TÜRKİYƏNİ HEYRƏTLƏNDƏRƏN ŞƏKİL

2021.10.20, 07:36
TÜRKİYƏNİ HEYRƏTLƏNDƏRƏN ŞƏKİL

Gunaz.tv
TÜRKİYƏNİ HEYRƏTLƏNDƏRƏN ŞƏKİL article_1229941490.gif “Ermənilərdən üzr istəyirik” kampaniyasına qarşı şok qarşılıq! QayNar: Ankara bu günə gözünü hər kəsi heyrətləndirən şəkillərlə açdı. Türkiyə Böyük Millət Məclisində yer alan üç partiyanın liderlərinin səmimi halda çəkdirdikləri şəkil Ankara küçələrinin bilbordlarında yerini aldı. "Qaynar.info"-nun Türkiyə bürosunun verdiyi xəbərə görə, şəklin ən böyük özəlliyi də fotomontaj olmamasıdır. Şəkildə iqtidarda olan Ədalət və İnkişaf Partiyasının sədri Baş Nazir Rəcəb Təyyib Ərdoğanin solunda CHP lideri Dəniz Baykal, sağında isə MHP lideri Dövlət Bağçalı çiyin-çiyinə poza veriblər. Siyasətçilərin şərhlərinə görə, buradakı əsas məqsəd “ermənilərdən üzr istəyirik” kampaniyasına qarşı Türkiyənin ən böyük üç partiyasının əl-ələ verdiyini göstərməkdir. Üç liderin də kampaniyaya qarşı sərt bəyanatları hamıya məlum olduğu kimi vəziyyətin ciddiyətini qavrayan liderlər hər kəsi heyrətləndirən şəkildə bir ilkə imza atıblar. //Məmməd Gül- Türkiyə, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar