SON XƏBƏRLƏR

iran adlanan ölkə Rusiyadan raket alır

2021.10.20, 07:36
iran adlanan ölkə Rusiyadan raket alır

Gunaz.tv
İran Rusiyadan raket alır raket-iran2.jpg İrana yaxın vaxtlarda «Es 300» tipli «Zenit» raket kompleksləri gətiriləcək. Bu haqda İran parlamentinin milli təhlükəsizlik və xarici işlər məsələləri üzrə komissiya sədri İsmayıl Kösəri jurnalistlər qarşısında çıxış edərkən bildirib. Məlumata görə «Zenit» raket komplekslərinin Rusiyadan alınması planlaşdırılır. Raket komplekslərin sayını açıqlamayan kösəri silahın heç bir ölkəyə qarşı istifadə etmək üçün deyil yalnız İranın təhlükəsizliyini təmin etmək məqsədi ilə alındığını bildirib. Amma buna baxmayaraq İsrail silah satışı ilə bağlı rəsmi Tehran və Moskva arasında imzalanan sazişdən öz narahatçılığını gizlətməyib. Rəsmi Təl-Əviv Rusiyanı bu addımı atmamağa çağırıb. İsrail İranın silahlanmasını region ölkələri üçün böyük təhlükə adlandırıb.lidertv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar