SON XƏBƏRLƏR

CHP-DƏN ÜZR KAMPANİYASINA SƏRT ETİRAZ

2021.10.20, 07:36
CHP-DƏN ÜZR KAMPANİYASINA SƏRT ETİRAZ

Gunaz.tv
CHP-DƏN ÜZR KAMPANİYASINA SƏRT ETİRAZ article_1229890226.gif QayNar: CHP Lideri Dəniz Baykal bu gün partiyasının 14-cü fövqaladə qurultayında Türkiyədə bir qrup sözdə aydın tərəfindən başladılan “Ermənilərdən Üzr İstəyirik” kampaniyasına sərt etirazını bildirdi. Baykal 1-ci Dünya Müharibəsində erməni təhciri zamanında yaşanan hadisələrlə əlaqədar sərt açıqlama verdi. "Qaynar.info"-nun türkiyə bürosunun verdyi xəbərəı görə, Baykal, “Türkiyə’nin insanlarımızın öz tariximizə və öz millətimizə qarşı bir suçluluk duyğusu içinə çəkilməsini təmin edəcək fəaliyyətlərin heç bir şey gətirməyəcəyini, bizim öz tariximizə və milli kimliyimizə yönəlik olaraq bir suçluluq kompleksi içinə girməmizi kimsənin bacara bilməyəcəyini, belə bir fəaliyyətin heç bir təməli olmadığını, heç bir mənası olmadığını konkret bir şəkildə hər kəsin bilməsini istəyirəm” dedi. Ardından bunları əlavə edən CHP lideri: “Biz bu torpaqlarda acı, ya xoş- böyük bir tarixi arxamızda sürükləyərək gəlirik. Bu coğrafiyada istiqrarın, xoşgörünün, hüququn və demokratiyanın hakim olmasına yönəlik çox ciddi bir məsuliyyəti millət olaraq üstlənmişik. Türkiyə I Dünya Müharibəsi zamanında yaşanan hadisələrlə əlaqədar olaraq çox ciddi bir beynəlxalq məsuliyyət duyğusu içində bu günə qədər hərəkət etməyi bacarmışdır. CHP-nin öndərliyi ilə bir müddət öncə biz bu mövzuları incələmək və analiz etmək üçün ortaq tarix komissiyası qurulmasına hazır olduğumuzu elan etdik. Türkiyə olaraq elan etdik. Bu önərimiz bu günə qədər qəbul olunmadı. Bu, bizim gerçəklərdən qaçma niyyətimiz olmadığıni göstərir. Bizim bu tələbimiz gərəkli qarşılığı görməmişdir. Belə bir vəziyyətdə bəzi ölkələr “tarixin incələnməsinə gərək yoxdur, biz hökmü verdik, biz sizin nə etdiyinizi bilirik" dedilər. Tarixi tarixçilər birlikdə incələsin, arxivləri açaq dedik, bizim içimizdən bəziləri “xeyir, incələməyə gərək yoxdur, biz eynilə Türkiyə haqqında hökm verən xarici ölkə parlamentləri kimi bu mövzunu incələməyə gərək qalmadan hökm veririk” deyib, gerçəyə “hörmətlərinimi” göstərirlər!? Həqiqətlərin ortaya çixmasınımı təmin edirlər?! Yoxsa Türkiyəyə yönəlik qaralama, suçlama kampaniyasının içində bilərək və ya bilməyərək yer tutmayamı sürüklənirlər?! Bunu analiz etmək lazımdır. Burada böyük Türkiyənin özünü suçlu hissetməsini təmin etməyə yönəlik beynəlxalq çabanın sistematik bir şəkildə idarə edilməkdə olduğunu görürəm. Ola bilsin ki, bu kampaniyanı bilincli bir şəkildə biriləri idarə edir. Türkiyə bunlara heç bir şəkildə etibar etməməlidir.” // Məmməd Gül, Türkiyə-QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar