SON XƏBƏRLƏR

İran mediasında son zamanlar Azərbaycanla bağli gedən yazılar və bunun arxasında gizlənən Türkə nifrət psixologiyası - Elnur Eltürk

2021.10.20, 07:36
İran mediasında son zamanlar Azərbaycanla bağli gedən yazılar və bunun arxasında gizlənən Türkə nifrət psixologiyası - Elnur Eltürk

Gunaz.tv
Son vaxtlar İran mediasında Azərbaycana yönəlik sərt materiallar yazılmaqdadır. Dəfələrlə İran mediasında ölkəmizi təxribata çəkən yazıların getdiyini şahidi olmuşuq bundan sonrada belə yazıların davam xarakterlı olacağını görəcəyik. Xüsusi ilə Cümhuri İslam, “tabnak .ir”, Tərhe No, İran v.s, güya adda müstəqil olub amma bir başa İran dövlətinin sifarişini həyata keçirən media orqanlarında Azərbaycana islam inqilabini ixrac edən, Azərbaycanın tarixini saxtalaşdiran yazıların getdiyini görürük.Hələ bir necə il bundan öncə İran rəsmiləri Heydər Əliyevə Azərbaycan mediasında İranla bağlı yazıların getməsi ilə bağli şikayət etdikdə Heydər Əliyev cavabı belə olmuşdur ki, sizdə yazırsınız. Yaxın tarixə nəzər salsaq 2006-ci il May hadisələrini doguran səbəblərdən biridə İran mediasında yerli türkləri aşağılayacı yazının getməsi idi. Belə ki, “İran” qəzetində İranda yaşayan Türkləri “tarakana” (süsəri - böcək) bənzədən məqalənin getməsindən sonra buna cavab olaraq Güney Azərbaycanda başlayan milli azadlıq hərəkatının baş verməsi,nəticədə yüzlərlə insanlarımızın öldürülməsi və minlərlə insanın həbsi ilə başa catsada,bu gündə güneydə vəziyyət gündən günə pisləşməkdədir və milli fəallarımız həbs edilir, ya da müxtəlif yollarla aradan götürülür. (Qulamrza Əmani qardaşlarının sui qəsdə salınıb öldürülməsi və jurnalist Şahnaz Qulaminin həbs edilməsi) İran qəzetində türkləri təhqir edən yazının getməsində burada İran xüsusu xidmət orqanlarının və strateji mərkəzlərinin izini görməmək mümkün deyil.Cünki bu hadisədən sonra Güney Azərbaycanda ən fəal insanlar həbs edildi bir qismi ölkədən cıxmağa məcbur oldu. İran hakimiyyət orqanları bunu hazırlamaqda məqsədləri bu idi ki, Güney Azərbaycanda yetişməkdə olan milli azadlıq hərəkatına zərbə vurulsun və hərəkatı bir necə il zəiflədə bilsinlər. Bu planın hazırlanması necə illər ərzində iran strateji mərkəzinin analitik mətbəxlərində ələkdən keçirildıkdən sonra ortaya atılmışdır.Yoxsa İran siyasiləri belə təhlükəli oyunlara getməzdilər. May hadisələrindən sonra İran analitikləri bir şeyi nəzərə aldilar ki, Türklər XX əsrdə olduğu kimi yatmayiblar.İstənilən vaxt öz haqqlarını tələb ede bilərlər və edəcəklərdə. Çünki İranı tarix boyu türk sülalələri idarə ediblər mümkün deyil ki, belə bir xalq milli haqqlarında mərhum olunsunlar. Bu yaxınlarda Təbrizdə Bələdiyyə şurasının maliyyə dəstəyi ilə cixan “Tərhe No” (Yeni Lahiyə) qəzətində Milli Azadlıq hərəkatının lideri Əbulfəz Elcibəyi təhqir dolu məqalənin getməsi və onu İranda yaşayan Azərbaycan türklərinin beynini zəhərləməkdə ittiham etməsi İran rejimini milli demokartik hərəkatdan cəkindiyini göstərir. İran rejiminin Bütöv Azərbaycan ideologiyasının qarşısını almaq ücün sistemli mubarizə apardığını göstərir. İran siyasiləri Güneydə baş verən milli azadlıq hərəkatının əsas səbəbkari Elçibəy olduğunu bilir və buna görədə Güney Azərbaycanda onun nüfuzunu hesablamaya biməzlər. Bundan sonra SEPAN ın keçmiş rəhbərlərindən birinə yaxınlığı ilə secilən “tabnak .ir” saytında Azərbaycanın prezidenti cənab İlham Əliyev haqqında yalan dolu yazıların getməsi guya İlham Əliyevin Günaz Televiziyasına (əslındə AzTv ilə səhv salınmışdı) müsahibə verməsi ilə bağlı amma əslində hec bir əsasa söykənməyən məqalənin verilməsı “tabnak .ir” saytının savadsiz media işciləri tərəfındən idarə olunduğu təəssürati yaradır. İranın xarici və daxili siyasət doktrinasında medianın mühüm rolu var. İran siyasi çevrələri Azərbaycanla bağlı siyasətlərində medianın imkanlarından geniş istifadə edirlər. Bu məqsədlə İran mediası daim Azərbaycanda vəziyyəti gərginləşdirən və insanların fikirlərini caşdıran yazılar verərək özünə maraqlı olan qüvvələr yaratmaq istəyir. Xaricdə fəaliyyət göstərən medianın imkanlarından istifadə olunur və bu yaxınlarda farsların maliyyə dəstəyi ilə Londonda nəşr olunan bir qəzetdə türkləri təhqir edən yazının verilməsi bu onu göstərir ki, Fars milliyyətciliyinin tarix boyu türk millətinə qarşı formalaşmış nifrətindən irəli gəlir. (Ən azi Əbulqasim Firdovsinin yaradıcıliığina nəzər salsaq və Şahnamə əsərində türk millətini aşağılıyan fikirlərlə dolu olduğunu görərik.) Elnur Eltürk Dünya Azərbaycanlıları Konqresı Gənclər Təşkilatının sədri P.S Bunun üçün İran şovinizminin üzərinə getmək ücün güclü mərkəzlər formalaşdırmaqla nail olmaq olar və ağıla məntikə söykənən strategiya ilə ilə nəticə əldə edə bilərik. Çünki İran öz məqsədlərini həyata keçirmək üçün böyük beyin mərkəzlərindən istifadə edir və bu işə iri maliyyə resursları xərcləməkdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar