SON XƏBƏRLƏR

1915-ci il qətlləri ilə bağlı üzr məktubunun müəllifi Çengiz Aktar. Müsahibə

2021.10.20, 07:36
1915-ci il qətlləri ilə bağlı üzr məktubunun müəllifi Çengiz Aktar. Müsahibə

Gunaz.tv
Çengiz Aktar"Bu qeyri-rəsmi bir təşəbbüsdür" 20081215175827chengiz66.jpg Dekabrın 15-də bir qrup türkiyəli ziyalı tərəfindən imzalanmış petisiya internetdə dərc edilib. Petisiyaya imza atanlar "1915-ci ilin böyük fəlakətinə" görə ermənilərdən üzr istəyirlər. Petisiyanın təşəbbüskarları kimi bir qrup tanınmış alim və köşəyazarı çıxış edib. Onlar Türkiyə hökumətinin, qətliamları inkar etməsinə qarşı çıxdıqlarını və Türkiyə cəmiyyətində, həmin hadisələr barədə diskussiya açmaq istədiklərini deyirlər. BBC-nin Azərbaycan xidmətilə müsahibədə petisiya müəlliflərindən biri qəzet yazarı Çengiz Aktar müraciətə imza atanların sayının artdığını bildirib. O bu addımın məqsədlərini belə izah etdi: ÇA: Bunun çox sadə bir məqsədi var. Bu da 1915-ci ildə baş vermiş bu hadisələrə görə insanlara üzr istəmək fürsəti verməkdir. Bunun başqa məqsədi, məramı yoxdur. BBC: Siz bu petisiyanızın türk cəmiyyətində qəzəbli reaksiyaya səbəb olacağını anlayırsınız... ÇA: 93 ildir ki, Türkiyədə bu məsələ müzakirə olunmur. Artıq bunun vaxtı gəlib. Bu, rəsmi mövqenin dediyi kimi o qədər də bəsit bir hadisə deyil. Anadoluda 4 min il idi ki ermənilər yaşayırdı, indi yaşamır. Deməli buna səbəb var. Biz bu məsələni müzakirə etməməyimizə görə üzr istəyirik. Bu üzrxahlığın dövlətlə əlaqəsi yoxdur. Bu fərdi bir təşəbbüsdür. Sual: Sizcə öz məqsədinizə, cəmiyyət bu barədə müzakirələrin genişlənməsinə nail ola biləcəksinizmi? ÇA: Hələki bu təşəbbüsümüzə çox müsbət reaksiya verilib. Təbii ki, bundan qəzəblənən də var, bəyənən də. Artıq 2 mindən çox adam bir gün içində sayta girərək, petisiyaya imza atıb. Bu, Türkiyə üçün çox böyük rəqəmdir, çünki bu Türkiyədə qadağan olunmuş bir məsələdir. Sual: Bu addımınızın Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir edəcəyinə inanırsınızmı? ÇA: Biz bunu qarşımıza məqsəd qoymamışıq. Bu Türkiyənin dünyada bu məsələdə yalnız qalmamasına kömək edəcəksə, yaxşı olardı. Amma bu qeyri-rəsmi bir təşəbbüsdür.İnsanlar öz vicdanlarına qulaq asaraq, petisiyaya imza atırlar. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar