SON XƏBƏRLƏR

Borcalıda qədim məscidin təmirinə başlanılıb

2021.10.20, 07:36
Borcalıda qədim məscidin təmirinə başlanılıb

Gunaz.tv
Borcalıda qədim məscidin təmirinə başlanılıb Gürcüstanda Azərbaycanlıların(borçali türklərinin) kompakt yaşadığı Borçalı bölgəsindəki Marneuli rayonunun Məscidli Görarxı kəndindəki məscid nəhayət ki, uzun illərdən sonra təmir olunur. Baxımsızlıqdan yarasız hala düşən ibadətgahın 400 ildən çox yaşının olduğu bildirilir. Bu haqda məlumatı məscidin axundu Məhərrəm İsayev verib. Onun sözlərinə görə, məsciddə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmirə başlanılıb. Işlərinin may ayının sonunadək başa çatdırılacağı bildirilir. Aparılan təmir işlərindən isə kənd sakinləri hamılıqla razı qaldıqlarını söyləyilər. Kənd sakinləri və ziyalılarının sözlərinə görə, məscidin təxminən 400 ildən artıq yaşı var. Ibadət evində təmir işləri başa çatdıqdan sonra burada 150 nəfər soydaşlarımızın ibadət etmələri və namaz qılmaları üçün lazımlı olan hər cür şəraitin yaradılacağı nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar