SON XƏBƏRLƏR

İRANDA TƏLƏBƏLƏRİN GEYİMİNƏ NƏZARƏT GÜCLƏNDİRİLİR

2021.10.20, 07:36
İRANDA TƏLƏBƏLƏRİN GEYİMİNƏ NƏZARƏT GÜCLƏNDİRİLİR

Gunaz.tv
İRANDA TƏLƏBƏLƏRİN GEYİMİNƏ NƏZARƏT GÜCLƏNDİRİLİR İran Səhiyyə və Tibb Təlimləri Nazirliyinin rəsmisi Əhməd Cavanmərd universitet tələbələrinin (həm qızlar, həm oğlanlar) geyim qaydası barədə yeni qanun qəbul edildiyini bildirib. Bu qanun tələbələrin geyiminin növü, tərzi və rəngi ilə əlaqədar yeni məhdudiyyətlər nəzərdə tutur. «Media forum» saytının məlumatına görə, Ə.Cavanmərd geyimlə bağlı qəbul olunmuş yeni qanunu tələbələrin universitetlərdə Qərb mədəniyyətini yaymasının qarşısını almaq istəyi ilə əlaqələndirib: «Məqsəd universitet mühitlərində tələbələrin geyimlə bağlı çərçivələrə riayət etməsidir. Elə bir çərçivə ki, Qərbin səhlənkar mədəniyyəti universitetlərə nüfuz edə bilməsin». Ə.Cavanmərd hökumətin tələbələrdən hicab və abır-həyaya riayət etmələrini gözlədiyini vurğulayıb: «Biz tələbələrdən, universitet müəllimələrindən gözləyirik ki, hicab və abır-həya məsələsinə daha ciddi yanaşıb onu həyata keçirsinlər». Ay yarım əvvəl Tehran Universitetnin rektoru Fərhad Rəhbər jurnalistlərə açıqlamasında tələbələrin vahid geyim formasının tətbiq ediləcəyi ehtimalından danışmışdı: «Toy və qonaqlıq paltarı universitetin adına layiq deyil. Qonaqlıq paltarı ilə universitetə gələnləri universitetə buraxmaq olmaz».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar