SON XƏBƏRLƏR

Əsirin açıqlamalarının araşdırılması üçün BQXK-nə müraciət edildi

2021.10.20, 07:36
Əsirin açıqlamalarının araşdırılması üçün BQXK-nə müraciət edildi

Gunaz.tv
Əsirin açıqlamalarının araşdırılması üçün BQXK-nə müraciət edildi esiresgerrafiqhesenov.jpg Rafiq Həsənov Azərbaycana qayıtmaq istəməməsi ilə bağlı Ermənistan televiziyasında çıxış edərkən BQXK nümayəndəsi onun yanında olmayıb Bu il oktyabrın 8-də Ermənistan hərbçilər tərəfindən naməlum şəraitdə əsir götürülən Azərbaycan Ordusunun əsgəri Rafiq Rəhman oğlu Həsənovun Ermənistanda qalmaq istəməsi ilə bağlı verilən məlumatları araşdırmaq üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinə müraciət olunub. Bu barədə APA-ya BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva məlumat verib. Onun sözlərinə görə, hələlik BQXK-nin Ermənistan nümayəndəliyinin əməkdaşlarının əsirə baş çəkməsi ilə bağlı məlumat verilməyib. G. Quliyeva R. Həsənovun Azərbaycana qayıtmaq istəməməsi ilə bağlı Ermənistan televiziyalarının birində etdiyi çıxışda BQXK nümayəndəsinin də iştirak etməsi barədə verilən məlumatları təkzib edib. Qeyd edək ki, 19 yaşlı əsir Rafiq Həsənovun Ermənistan televiziyalarının birində çıxış edərək Azərbaycana qayıtmaqdan imtina etdiyini söyləməsi barədə “Novosti Armeniya” məlumat yayıb. Məlumata görə, R. Həsənov çıxışında Azərbaycan ordusunda hərbi xidmət keçən zaman təhqir və alçaldığı hərəkətlərə məruz qaldığını deyib: “Buna dözməyərək ayağıma atəş atdım və hospitalda müalicə olundum. Lakin bundan sonra belə mənə qarşı təhqiramiz hərəkətlər dayandırılmadı”. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində, qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar