SON XƏBƏRLƏR

BUNDESTAQDA AZƏRBAYCAN KLASSİKLƏRİNİN ƏSƏRLƏRİNDƏN İBARƏT ANTOLOGİYA TƏQDİM OLUNUB

2021.10.20, 07:36
BUNDESTAQDA AZƏRBAYCAN KLASSİKLƏRİNİN ƏSƏRLƏRİNDƏN İBARƏT ANTOLOGİYA TƏQDİM OLUNUB

Gunaz.tv
BUNDESTAQDA AZƏRBAYCAN KLASSİKLƏRİNİN ƏSƏRLƏRİNDƏN İBARƏT ANTOLOGİYA TƏQDİM OLUNUB almaniyaazerbaycan.jpg Almaniya Bundestaqında (parlament) Azərbaycan şairlərinin alman dilinə çevrilmiş əsərlərindən ibarət antologiyanın təqdimatı keçirilib. Bundestaqın Qafqaz Parlament Qrupunun təşkilatçılığı ilə baş tutan mərasimdə parlamentarlar, Almaniya Xarici İşlər Nazirliyi, Kansler İdarəsi, Berlin Senatı və digər dövlət orqanlarının nümayəndələri, jurnalistlər, naşirlər iştirak edib. «Media forum» xəbər verir ki, «Mattes&Seitz» nəşriyyatında buraxılmış antologiyada 40-dək Azərbaycan klassik şairinin əsərləri yer alır. Antologiyanı Almaniyada fəaliyyət göstərən N.Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutu nəşrə hazırlayıb. Əsərləri alman dilinə institutun direktoru, şairə Nuridə Atəşi və alman şair Jan Vaynert çevirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar