SON XƏBƏRLƏR

İran rejiminin agenti dövlətin gələcək planını hayqırdı! . O, pantürküst tələbələri tikə - para edəcəklərini bildirdi

2021.10.20, 07:36
İran rejiminin agenti dövlətin gələcək planını hayqırdı! . O, pantürküst tələbələri tikə - para edəcəklərini bildirdi

Gunaz.tv
İran rejiminin agenti dövlətin gələcək planını hayqırdı! O, pantürküst tələbələri tikə - para edəcəklərini bildirdi Bir neçə gün bundan əvvəl Əhmədnijadla birgə İran dövlətinin sözçüsü və Ədliyyə Naziri Qulamhüseyn İlham Təbrizə səfər etmişdirlər. Q.İlham Təbrizin zindanında olandan sonra burada məhbusların sayının çoxluğu ilə bağlı heyrətə gəldiyini bildirmişdi. Əlbəttə, o çalışmışdı məhbusların sayının çoxluğunu heç də siyasi məsələ ilə yox, əksinə iqtisadi və qeyri problemlərlə bağlamışdı. Amma son bir neçə ayda, xüsusən Şərqi Azərbaycanda bir hərbi vəziyyət hakimdi. Hər hansı bir etiraz aksiyası və ya müxalif fikirə həbs və zindan cəzası ilə hökümət tərəfindən cavab verilir. Q.İlham İranın fars xəbər agentliyinin müxbirinə demişdi: " Təbriz zindanı haqqında mənim başqa təsəvvürüm vardı. Zehnimdə Təbriz və Şərqi Azərbaycanda bir belə məhbusun olduğu haqda təsəvvürüm yox idi." ( Bu yerdə düşünürsən, bu ağa Tehrandan gəlir, yoxsa, başqa planetdən?! ) O, həmçinin artırmışdı: "Mən istəmirəm İranın müxtəlif vilayətlərin məhbusların sayı ilə müqayisə edəm. Amma hiss edirəm ki, Şərqi Azərbaycan parlaq keçmişi və mədəni, ictimai səbəblərə görə, gərək bir belə məhbusu olmayaydı." O, artırmışdı: "Təbriz zindanında qadınlara aid olan hissəni görmək məni çox kədərləndirdi. Çünki bir belə qadın məhbusun orda olmasını gözləmirdim." O. həm də söhbətində bildirir ki, zindana düşənlərin çoxsu borc alıb, ödəyə bilmədiyi üçün burdadır. Bunun çıxış yolu kimi o, deyir: " Gərək ki, dövlət maliyyə yardımı edə və faizsiz borc verə ki, zindanlarda bu cür məhbuslar olmaya." Xatırladaq ki, Qulamhüseyn İlham Ədliyyə Nazirrliyindən əlavə, dövlətin sözçüsü və Keşikçilər Şurasının üzvüdür və o, yaxşı bilir ki, son aylarda, xüsusən son həftələrdə milli fəallar, xüsusən öyrənci fəallara qarşı təzyiqlər həddən artıq artıb. Və onların çoxu tutulub zindana salınıb. Amma, o, bütün bunları bilə - bilə bir kəlmə belə bu məsələyə işarə etməmişdir. Əlbəttə, Q. İlhamın özünü biməməzliyə vurmaqla, heç də özünə bəraət qazandıra bilməz. Çünki bu aydın faktdır, Əhmədinijad və onun başında olan iqtidar və onun ədliyyə naziri olan Q,İlham bütövlüklə Güney Azərbaycan, xüsusən Təbrizdə bir hərbi vəziyyət yaratmışdırlar. Müxtəlif bəhanələrlə Güney Azərbaycan şəhərlərində hərbi nümayişlər keçirib və seminar, konfrans adı altında İran rejiminin agentləri yığışıb milli fəalları hədələyirlər. Rejimin bu cür əvvəlcədən yazdığı ssenarilər geniş formada İran rejimin nəzarəti altında olan kütləvi informasiya orqanlarında yayılır. Elə keçən həftə bir dövlət toplantısında bir fars və bəsici öyrənci Təbriz Universitetinin İctimai İşlər üzrə prorektoru Məhbub Taleyinə sual etmişdi: " Azərbaycanın milli fəallarına qarşı nə üçün kəskin reaksiya vermirsiniz? " O, da cavab vermişdi: " Bir az dözümlü olun, çox tezliklə bütün pantürküst öyrənciləri tikə - para edəcəyik." . azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar