SON XƏBƏRLƏR

Jurnalist Şahnaz xanım Qulami aclıq aksiyası keçirir

2021.10.20, 07:36
Jurnalist Şahnaz xanım Qulami aclıq aksiyası keçirir

Gunaz.tv
Jurnalist Şahnaz xanım Qulami aclıq aksiyası keçirir sahnaz.jpg Azərbaycanlı jurnalist Şahnaz xanım Qulami zindandakı ağır durumuna etiraz əlaməti olaraq 2008 - ci ilin dekabr ayının 19 - dan etibarən aclıq aksiyasına başlayıb. Jurnalist tutulandan sonra cismi və ruhi işgəncələrə məruz qalıb və təhqir olunub. Onu Təbriz zindanına köçürərkən əvvəl narkomanlarla, sonra qatillərlə, hal - hazırda isə əxlaqsızlığa görə tutulmuş qadınlarla bir yerdə saxlanılır. Güney mənbələrinin verdiyi məlumata görə, Təbrizin İmam Cüməsi və Şərqi Azərbaycanın valisi Təbrizin ETTELAAT idarəsinə Ş. Qulaminin həbsi ilə bağlı fərman veriblər. Və Təbrizin ETTELAAT orqanını ittihamlayıblar ki, bir qadınla başara bilmirlər. Ş.Qulami bir neçə konfransda iştirak üçün 2008 - ci ilin dekabr ayında İsveçə, Danimarkaya, Almaniyaya və Fransaya dəvət edilmişdi və o, bu səfərlərdə iştirak edəcəkdi. Amma onun həbs olunması bu səfərə mane olub və hal - hazırda onun dosyasına yetişən hakim jurnalist xanımın 6 ay ölkədən çıxmasına qadağa qoyub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar