SON XƏBƏRLƏR

AMERİKA AVTOMOBİL ŞİRKƏTLƏRİNİN SON ÜMİDİ

2021.10.20, 07:36
AMERİKA AVTOMOBİL ŞİRKƏTLƏRİNİN SON ÜMİDİ

Gunaz.tv
AMERİKA AVTOMOBİL ŞİRKƏTLƏRİNİN SON ÜMİDİ Buşun 17 milyard dolları onların iflasdan qurtulmaq üçün yeganə şansıdır Amerika hökuməti ölkənin avtomobil istehsalı ilə məşğul olan şirkətlərini müflis olmaqdan xilas etmək üçün onlara 17 milyard dollardan çox vəsait ayıracaq. Prezident Corc Buş bununla bağlı planı artıq imzalayıb. Həmin məbləğ bu ilin oktyabrında Konqresin maliyyə sektorunu böhrandan xilas etmək üçün təsdiqlədiyi 700 milyard dollarlıq paketdən ayrılıb. Xəbər verildiyi kimi, bundan əvvəl Senat avtomobil şirkətlərinə dövlətdən 15 milyard dollarlıq kredit ayrılması haqda təklifi qəbul etməmişdi. Bildirilir ki, hökumət ayrılacaq vəsaitə avtomobil şirkətlərinin səhmlərinin bir hissəsini əldə edəcək və avtomobil sənayesi qismən milliləşdiriləcək. “Bu vəsaitlər 2 istiqamətdə kömək edə biləcək. Birincisi, avtomobil şirkətləri 3 ay ərzində yenidənqurma planları hazırlamalıdır. İkincisi, yenidənqurma iflasdan kənar olaraq həyata keçirilə bilməsə, bu borclar uzunmüddətli uğur üçün 11-ci maddəyə uyğun olaraq qanuni və maliyyə hazırlıqlarını görməyə kömək edəcək və alıcıları Amerika maşınlarını almaqda davam etmələrinə inandıracaq”,- deyə C.Buş bildirib. ABŞ prezidenti deyib ki, artıq ciddi bir böhranın içində olan avtomobil sənayesinə kömək etməmək məsuliyyətsizlik olardı. Yeni seçilmiş prezident Barak Obama da Ağ Evin bu addımını yüksək qiymətləndirib. Rəsmilər bildirirlər ki, vəsaitin 13,4 milyardını bu ay və gələn ilin əvvəlində əldə etmək mümkün olacaq. 9,4 milyard dollar “Ceneral motors” şirkətinə, 4 milyard dollar isə “Craysler” şirkətinə veriləcək. Analitiklər hesab edir ki, Buşun ayırdığı yardım Amerikanın avtomobil şirkətləri üçün son şansdır. Əgər onlar 3 ay ərzində işləri yenidən qurub rəqabətədavamlı avtomobillərin istehsalını təşkil edə bilməsələr, iflasdan qaça bilməyəcəklər. Qeyd edək ki, “Ceneral Motors” və “Creysler” şirkətləri gələn ilin yanvarındna öz zavodlarını iki aylığa dayandıracaqlarını elan ediblər. Bu arada məlum olub ki, Konqresin maliyyə sektorunu xilas etmək üçün ayırdığı paketin məbləğinin yarısı artıq xərclənib. Maliyyə naziri Henri Poulson Konqresdən paketin qalan 350 milyard dollarlıq hissəsinin xərclənməsi üçün icazə istəyir. O, bəyan edib ki, vəsait hökumətə fond bazarlarındakı vəziyyəti sabitləşdirmək üçün lazımdır. Lakin Konqres üzvləri və iqtisadçılar maliyyə nazirinin yardım paketinin birinci yarısını bu dərəcədə qısa müddətə xərcləyib qurtarmasını tənqid edirlər. Üstəlik, həmin məbləğin bazarlara ciddi təsiri hiss olunmur. Gözlənilir ki, böhran gələn ilin əvvəllərindən başlayaraq real sektora keçməklə daha da dərinləşəcək. F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar