SON XƏBƏRLƏR

“ERGENEKON” MƏHKƏMƏSİNDƏN “BOMBA” QƏRAR

2021.10.20, 07:36
“ERGENEKON” MƏHKƏMƏSİNDƏN “BOMBA” QƏRAR

Gunaz.tv
“ERGENEKON” MƏHKƏMƏSİNDƏN “BOMBA” QƏRAR Məhkəmə polisdən iş üzrə dəlil olan qumbaraların məhvinə dair görüntüləri tələb edir 6150.jpg Türkiyədə davam etməkdə olan “Ergenekon” işi üzrə məhkəmə prosesində hakimlər çıxarılacaq hökmlərə önəmli təsir göstərə bilən bir qərar verib. Mətbuatın yazdığına görə, məhkəmə qərara alıb ki, iş üzrə əsas əşyayi-dəlillərdən hesab edilən və 2007-ci ilin iyulunda İstanbulun Ümraniyyə məhəlləsindəki gecəqonduların birində tapıldığı deyilən əl qumbaralarının partladılıb məhv edilməsini sübut edən görüntülər polisdən tələb edilsin. Həmin gecəqonduda hazırda həbsdə olanlardan biri kirayə qalırmış. “Ergenekon” iddianaməsində əl qumbaraları silahlı terror təşkilatının varlığını sübut etməyə yönələn əsas dəlillərdən biri kimi göstərilir. Lakin maraqlıdır ki, İstanbul polis idarəsində bu əl qumbaraları məhkəmədən əvvəl partladılaraq məhv edilib. Məhkəmə prosesində təqsirləndirilənlərin vəkilləri iş üzrə əsas dəlilin məhv edilməsini şübhəli hesab edərək ümumiyyətlə belə əl qumbaralarının mövcud olmadığını irəli sürüblər. Vəkillər deyiblər ki, polis əl qumbaralarını həqiqətən məhv edibsə, bu prosesi videolentə almalı idi. Məhkəmə bu etirazları nəzərə alaraq İstanbul əmniyyətindən qumbaraların partladılmasına dair görüntüləri məhkəməyə təhvil verməsini istəyib. Həmçinin qərara alınıb ki, əl qumbaralarını araşdıran silah üzrə ekspertlər yeniləri ilə əvəz olunsun və onlar qumbaraların mənşəyini yenidən araşdırsın. Məhkəmə prosesi dekabrın 22-də davam edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar