SON XƏBƏRLƏR

Təbrizin Ənsar Hizbullah məsulunun Şərqi Azərbaycanın validinə açıq məktubu

2021.10.20, 07:36
Təbrizin Ənsar Hizbullah məsulunun Şərqi Azərbaycanın validinə açıq məktubu

Gunaz.tv
Təbrizin Ənsar Hizbullah məsulunun Şərqi Azərbaycanın validinə açıq məktubu Hər nə olur olsun, mən bu məktubu sizə yazıram. Ümid edirəm ki, təsirli ola və bu vasitə ilə mən İmam Xomeyninin xəttinə və rəhbərə xidmət etmiş oluram. Cənab Vali, mən haradan sizə yazım?! O, balaca uşaqlardan yazım ki, şəhərin kənarında gecə qondu evlərində göz yaşı ilə gecəni səhərə çıxarırlar və ədalət kəlməsin qarın aclığı ağrısı ilə tərcümə edirlər. O, gənclərdən yazım ki, ayrı - seçkilik şallağının altında işsiz və utanaraq özlərinə ölüm arzulayırlar. Ya da banditlərdən və ədalətsizliklərdən yazım ki, hökümətə aid olan fabrik və idarələrdə onlar hakimdir. Cənab Vali, bilmirəm, yumurta, kartof, ət, yağ, meyvə - tərəvəzdən xəbəriniz var, ya yox? Amma ən azı yaxşı olar ki biləsiniz, o zaman ki, televiziyadan yemək reklamları yayılır, pulsuz ataların üzləri utancdan qızarır. Bu ədalət ki, millətə tərif olur, o milləti inqilaba, ruhanilərə və islama bədbin edib. Hal - hazırda ki, siz bu məktubu oxuyursunuz, əmin olun ki, şəhərin kənarında yaşayan yoxsul ailələrin uşaqları bilmirlər aclığa dözsünlər, yoxsa qışın soyuğuna.azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar