SON XƏBƏRLƏR

Savalan fabrikası müflisləşib

2021.10.20, 07:36
Savalan fabrikası müflisləşib

Gunaz.tv
Savalan fabrikası müflisləşib Ərdəbil şəhərində yerləşən Orta Şərqdə böyük parça fabrikası hesab olunan Savalan fabrikası artıq müflisləşib. Bu fabrikada çalışan 1000 nəfər işçi naməlum vəziyyətdədir və gələcək taleylərindən çox nigarandırlar. Fabrikanın bir işçisi bu barədə İranın İran xəbər agentliyinə verdiyi məlumatda deyilir: "Təcrübələr nişan verir, bir fabrika müflis olanda, fabrikanın müdirlərindən qanun əsasında bir şey istəmək olmur. Nəhayət, bu bais olur ki, işçilərin haqq, hüququ aradan gedir." Savalan fabrikasının bu ağır vəziyyətə gəlib çıxmasının əsl səbəbi ondan ibarətdir ki, İran rejimi son zamanlarda Çindən həddən artıq çox parça alıb və nəhayət ki, adı çəkilən fabrik müflis olduğunu elan edib. Amma İran höküməti bu fabrikaya nicat vermək üçün heç bir iş görmür. azxadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar