SON XƏBƏRLƏR

SOMALİ QULDURLARI NİYƏ NEYTRALLAŞDIRILMIR?

2021.10.20, 07:36
SOMALİ QULDURLARI NİYƏ NEYTRALLAŞDIRILMIR?

Gunaz.tv
SOMALİ QULDURLARI NİYƏ NEYTRALLAŞDIRILMIR? Zəfər Quliyev: “Supergüclər istəsələr, onları zərərsizləşdirə bilərlər” 365.jpg Beynəlxalq birliyin üzləşdiyi problemlərdən biri də, heç şübhəsiz, dəniz piratçılığı ilə bağlıdır. Xəbər verildiyi kimi, son vaxtlar daha da aktivləşən Somali quldurları indiyədək xeyli sayda ölkəyə məxsus gəmiləri girov götürüblər. Onların arasında təkcə Türkiyənin 3 gəmisi var. Quldurlar oğurladıqları gəmilərin azad edilməsi üçün böyük məbləğlər tələb edirlər. Maraqlıdır ki, Somali quldurlarının sayı o qədər də çox deyil və öhdələrində müasir texnika, silah da yoxdur. Belə olduğu halda, məntiqi sual ortaya çıxır, nə əcəb onlar hər cür hərbi resurslara, hətta nüvə başlıqlarına malik olan böyük güclər tərəfindən zərərsizləşdirilmir? Dünyanın neçə illərdir çapqınçılıqla məşğul olan quldurları neytrallaşdıra bilməməsinin səbəbi nədir? Problemlə bağlı söhbət etdiyimiz politoloq Zəfər Quliyev bildirdi ki, məsələ ona da müəmmalı görünür: “Əlbəttə, bu sual olduqca məntiqlidir. Ona görə ki, artıq 21-ci əsrdir və lazım gələndə superdövlətlər, məsələn: Amerika, İngiltərə - hansı ki, onlar həm siyasi, həm də hərbi baxımdan kifayət qədər güclərə malikdirlər - böyük bir müstəqil dövləti yerində oturda bilirlər. Amma neçə vaxtdır ki, Somali quldurları meydan oxuyurlar, onlarla bağlı hər hansı tədbir görülmür. Bunun səbəbləri barədə konkret bir fikir söyləmək çətindir. Amma təbii ki, burada ”onlara qarşı tədbir görə bilmirlər, yoxsa görmürlər" sualı da ortaya çıxır. Bu baxımdan məsələ doğrudan da çox qəlizdir". Politoloqa görə, istək olsaydı, supergüclər bu məsələni çoxdan həll edərdilər: “Ola bilsin ki, hansısa dövlətlər regionla bağlı aparılan siyasətə təsir etmək üçün bundan bir amil kimi istifadə edirlər. Görünür, Somali quldurlarının mövcudluğu kimlərəsə sərf edir”. ORXAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar