SON XƏBƏRLƏR

Kərkükdə Türk dili rəsmi dil oldu

2021.10.20, 07:36
Kərkükdə Türk dili rəsmi dil oldu

Gunaz.tv
Kərkükdə Türk dili rəsmi dil oldu kerkuk.jpg Bu qərarla Türk dili Osmanlı İmperiyasının süqutundan sonra ilk dəfə olaraq İraq ərazisində rəsmi dil kimi təsdiq olunub Kərkük Ümumi Məclisi Türk dilini bölgə rəhbərliyinin rəsmi dilləri arasına qəbul edib. Məclisin Türkmən millət vəkillərinin təzyiqi nəticəsində Türk dili “Latın əlifbası” ilə qəbul edilib. Kərkükdə çıxarılan bu qərarla Türk dili Osmanlı İmperiyasının süqutundan sonra ilk dəfə, İraq ərazisində rəsmi dil olaraq təsdiq olunub. Dekabrin 23-də Kərkükdə keçiriləcək mərasimlə Türk dilində yazılmış “Kərkük Valiliyi” yazısı Kərkük İcra Hakimiyyətinin binasına asılacaq. Siyasi analitiklər Kərkük Məclisinin atdığı bu addımı neft qaynaqları səbəbindən strateji ərazi kimi qiymətləndirilən Kərkükün siyasi gələcəyində türkmənlərin ərəb və kürdlərlə bərabər haqqlara sahib olacağı şəklində şərh edirlər. İndiyə qədər Kərkük rəhbərliyində rəsmi dil olaraq ərəb və kürd dilləri istifadə olunurdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar