SON XƏBƏRLƏR

Levon Ter-Petrosyan: Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra Türkiyə Ermənistan sərhəddi açılacaq

2021.10.20, 07:36
Levon Ter-Petrosyan: Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra Türkiyə Ermənistan sərhəddi açılacaq

Gunaz.tv
Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra Türkiyə Ermənistan sərhəddi açılacaq petrosan.jpg «Dağlıq Qarabağ münaqişəsi həll olunmayana kimi Türkiyə Ermənistan sərhəddi açılmayacaq». Bu sözləri Ermənistan müxalifətinin lideri Levon Ter-Petrosyan erməni mətbuatına müsahibəsində bildirib. Noyabrın ikisində Azərbaycan və Ermənistan prezidentlərinin imzaladıqları Moskva bəyannaməsinə də öz münasibətini açıqlayan Ter Petrosyan sənəddə Dağlıq Qarabağın tərəf kimi danışıqlarda iştirak etməsinə qadağa qoyulduğunu deyib. O əminliklə söyləyib ki, yalnız münqaqişənin həllindən sonra Türkiyə Ermənistan sərhəddi açılacaq. Dağlıq Qarabağın müdafiəsi ilə bağlı Ermənistanda etiraz aksiyalarının keçirilməsi məsələsinə gəlincə petrosyan anoloji tədbirlərin istənilən nəticəni verməyəcəyini söyləyib. Dağlıq Qarabağ hakimiyyətinin rəsmi Yerevana qarşı çıxmaq ehtimalının az oduğunu deyən Petrosyan bu qəbildən olan etiraz aksiyalarının amansızlıqla yatırılacağına əmin olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar