SON XƏBƏRLƏR

Beynəlxalq Valyuta Fondunun bədbin proqnozu

2021.10.20, 07:36
Beynəlxalq Valyuta Fondunun bədbin proqnozu

Gunaz.tv
Beynəlxalq Valyuta Fondunun bədbin proqnozu 20081013003538kahndentro203.jpg BVF rəhbəri çox bədbindir Beynəlxalq Valyuta Fondunun prezidenti Dominik Straus-Kan deyib ki, qlobal maliyyə böhranına tab gətirmək üçün 1.2 trilyon dollar tələb oluna bilər. İndiyə kimi elan edilmiş tədbirlərdə nəzərdə tutulan məbləğlər bundan xeyli aşağıdır. Valyuta Fondunun rəhbəri deyib ki, ölkələrin öz borc səviyyələrini xeyli artırması yaxşı hal olmasa da, iqtisadi tənəzzül bundan böyük problemlər yarada bilər. Buna görə də, ölkələr iqtisadiyyatı stimullaşdırmaq üçün daha çox pul xərcləməyə hazır olmalıdırlar. Cənab Straus-Kan proqnoz verib ki, növbəti il qlobal iqtisadiyyat üçün xüsusilə ağır olacaq: "Artıq indinin özündə biz 2009-cu ilin iqtisadi artımına dair proqnozumuza düzəlişlər edərək, artımın daha az olacağını demişik. Yəni biz 3 faiz qlobal artım gözləyirdiksə, indi bunu 2.2 faiz etmişik. Yanvar ayında verəcəyimiz yeni proqnoz yəqin ki, bundan da pis olacaq.Çində iqtisadi artımın zəifləyərək, cəmi 5 faizə bərabər ola bilər. Bu misli görünməmiş qlobal yavaşımanın nəticəsidir. Buna görə də biz 2009-un çox ağır il olacağını düşünürük." BVF-in rəhbəri xəbərdarlıq edib ki, hökumətlər iqtisadiyyatı stimullaşdırmaq üçün xərcləri artırmasalar, bu sosial qeyri-sabitliyə gətirib çıxara bilər: "Məni xüsusilə narahat edən məsələ odur ki, bizim proqnozlar çox bədbindir və əgər maliyyə stimullaşdırması həyata keçirilməsə, vəziyyət barədə fikrimiz daha da bədbin olacaq. Jurnalistlər sosial iğtişaşların mümkünlüyündən yazırlar və mən bunu başa düşürəm. Lakin bu problemin yalnız bir hissəsidir. Problem odur ki, bundan bütövlükdə cəmiyyət əziyyət çəkəcək.".bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar