SON XƏBƏRLƏR

Azərbaycan-Türkiyə hərbi dialoqu başlayır

2021.10.20, 07:36
Azərbaycan-Türkiyə hərbi dialoqu başlayır

Gunaz.tv
Azərbaycan-Türkiyə hərbi dialoqu başlayır 08abc1e6-ef86-453a-89a4-75f47150c303_w203_s.jpg Hərbi dialoqda ölkələr arasında müdafiə sektorunda qarşılıqlı maraq doğuran bütün məsələlər müzakirə ediləcək Dekabrın 22-də Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Silahlı Qüvvələri arasında yüksək səviyyəli hərbi dialoq başlayır. APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ikinci rəisi, ordu generalı Hasan İğsızın rəhbərlik etdiyi nümayəndə heyəti artıq Azərbaycana gəlib. Dekabrın 24-də başa çatacaq hərbi dialoqda ölkələr arasında müdafiə sektorunda qarşılıqlı maraq doğuran bütün məsələlərin müzakirəsi planlaşdırılır. Tərəflər eyni zamanda hərbi sənaye sahəsində əməkdaşlıq məsələlərini də müzakirə edəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar