SON XƏBƏRLƏR

Üzr istəmə kampaniyasını həyata keçirən internet saytı dağıdıldı

2021.10.20, 07:36
Üzr istəmə kampaniyasını həyata keçirən internet saytı dağıdıldı

Gunaz.tv
Üzr istəmə kampaniyasını həyata keçirən internet saytı dağıdıldı Türkiyədə üzr istəmə kampaniyasının həyata keçirildiyi internet saytı dağıdılıb. Bu barədə Türkiyənin «Dünyabülteni» informasiya agentliyi məlumat verib. Saytın Türkiyədəki Ay-ulduz adlı haker qrupu tərəfindən dağıdıldığı xəbər verilib. Haker qrupunun verdiyi açıqlamada ölkədə ayrı - seçkilik salanların heç vaxt qazanan tərəf olmayacaqları və lazım gələrsə,bütün erməni saytlarını bağlayacaqları bildirilir. ------------------------------------------------------------------- Azərbaycan Ordusunun əsir götürülmüş əsgərinin valideyni övladlarının vətənə qayıtmaq istəməməsi barədə yayılan məlumatları təxribat hesab edir Azərbaycan Ordusunun ermənilər tərəfindən əsir götürülmüş əsgərinin vətənə qayıtmaq istəməməsi barədə Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar yalandır.Bu barədə əsirin atası Rəhman Həsənov cümə günü TrendNews- a bildirib. Bu gün Ermənistan mətbuatının yaydığı məlumata görə, Həsənov Azərbaycana qayıtmaq istəmədiyini bildirib. Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin əsgəri, 1989 - cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu 2008 - ci il oktyabrın 8 - də qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb. Həsənovun ailəsi ona növbəti məktubu yazıb və çatdırılması üçün BQXK-nin nümayəndəsinə təqdim edib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Rafiq Həsənovun əsirlikdən azad olunması istiqamətində müvafiq tədbirlər görülür. Həsənov deyib ki, oğlunun vətənə qayıtmaq istəməməsi barədə yayılan məlumatlar ermənilərin növbəti təxribatıdır. «Əgər oğlum belə bir fikir söyləyibsə, bunu təzyiq altında deyib»,-Həsənov bildirib. Valideyni bildirib ki, Həsənov dekabrın 12 - də ailəsinə yazdığı məktubunda Vətənə qayıtmaq istədiyini yazıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar