SON XƏBƏRLƏR

Türkiyə hər zaman Azərbaycanın yanındadır –Baş Qərargah rəisi

2021.10.20, 07:36
Türkiyə hər zaman Azərbaycanın yanındadır –Baş Qərargah rəisi

Gunaz.tv
Türkiyə hər zaman Azərbaycanın yanındadır –Baş Qərargah rəisi Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğ Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimovla görüşündə Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin yüksək səviyyəsini qeyd edib və Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını vurğulayıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların vəziyyəti, son günlərTürkiyədə bir qrup ziyalıların “üzr istəmə” kampaniyası və digər məsələlərə toxunulub. ------------------------------------------------------------------- ƏSİR ƏSGƏR VƏTƏNƏ QAYITMAQ İSTƏMİR? Azərbaycan tərəfi baş vermiş hadisəni təxribat hesab edir C.MƏMMƏDOV Erməni televiziyaları düşmən ordusunun əsirlikdə saxladığı Azərbaycan əsgəri Rafiq Həsənovun videomüraciətini efirə verib. "Novosti Armeniya" agentliyinin məlumatına görə, Azərbaycana qayıtmaq istəmədiyini söyləyən R.Həsənov videomüraciətdə orduda xidmət keçərkən həqarətə, işgəncələrə məruz qaldığını vurğulayıb. Əsgər bu təzyiqlərə dözməyərək bir dəfə ayağına atəş açıb hospitalda müalicə olunduğunu, amma bununla canını qurtara bilmədiyini deyib. Ermənistanda ona yaxşı münasibət göstərildiyini qeyd edən əsgər valideynləri və yaxınlarına müraciətlə "mənə görə narahat olmayın, bir daha deyirəm ki, Azərbaycana qayıtmayacağam" söyləyib. "Ermənistanda əsirlikdə olan Rafiq Həsənovla bağlı fərqli məlumatlar daxil olur. Onun özü də özü barədə bir-birini təkzib edən məlumatlar verir. Bütün bunların hamısı ona verilən işgəncə və digər zorakılıq aktlarının nəticəsidir. Buna heç bir şübhə ola bilməz. Onun sonuncu açıqlamasını da bu mənada təsadüfi saymıram". Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu Ermənistanda əsirlikdə olan Rafiq Həsənovun Azərbaycana qayıtmaq istəməməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib. E.Sabiroğlunun sözlərinə görə, Ermənistan beynəlxalq ictimaiyyətdə Azərbaycan Ordusu haqqında mənfi rəy yaratmaq üçün bu cür məkrli və alçaldıcı üsullardan istifadə edərək əsiri bir növ alətə çevirir: "Belə münasibət isə insan hüquq və azadlıqlarına, hərbi əsirlərlə bağlı bütün konvensiyalara ziddir. Buna baxmayaraq ermənilər əsirə qarşı qeyri-insani münasibəti davam etdirirlər". Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından isə APA-ya bildirilib ki, Beynəlxalq Qızıl Xaç Komitəsindən (BQXK) ötən həftə R.Həsənovun Azərbaycana qayıtmaq istəməsi barədə məlumat alıblar. Dövlət Komissiyası bundan sonra əsiri tez bir zamanda geri almağa hazır olduğunu açıqlayıb. BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən bildirilib ki, qurum nümayəndələri R.Həsənovla sonuncu dəfə dekabrın 12-də görüşüblər. Görüşlə bağlı bütün detallar konfidensial saxlanılır. Əsirin qardaşı Afiq Həsənov isə bildirib ki, Rafiq Həsənovun Ermənistan televiziyasında çıxış etdiyini onlar da eşidiblər: "Amma biz onun Azərbaycana qayıtmaq istəməməsinə inanmırıq. Çünki Rafiq sonuncu məktubunda qayıtmaq istədiyini yazmışdı". Xatırladaq ki, R.Həsənovun valideynlərinə rus dilində təqdim edilən sonuncu məktubunda onun Azərbaycana qayıtmaq istədiyi bildirilmişdi: "Mən çox düşündüm və doğulduğum Vətənə, anamın yanına qayıtmaq qərarı verdim. Bir az da dözün. Tezliklə görüşəcəyik". Əlavə edək ki, əsir R.Həsənov oxuyub-yaza bilmədiyi üçün məktubu onun adından BQXK nümayəndəsi yazıb. Azərbaycan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində, qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar