SON XƏBƏRLƏR

Türkiyə Avropa İttifaqına bir addım da yaxınlaşdı

2021.10.20, 07:36
Türkiyə Avropa İttifaqına bir addım da yaxınlaşdı

Gunaz.tv
Türkiyə Avropa İttifaqına bir addım da yaxınlaşdı Bu gün Brüsseldə keçirilən Türkiyə - Avropa İttifaqı (Aİ) danışıqlarında iki yeni bəndin müzakirəsinə başlanıb. Bu barədə Türkiyənin «Cihan» informasiya agentliyi məlumat verib. Müzakirə olunacaq bəndlər «Sərmayənin azad dövriyyəsi» və «Məlumat cəmiyyəti və media» adlanır. Beləliklə, Türkiyənin Aİ-yə üzvlük prosesində müzakirə olunan bəndlərin sayı 10 - a çatıb. Türkiyə tərəfdən danışıqlarda xarici işlər naziri Əli Babacan, Aİ tərəfdən isə, bu qurumun hazırda rəhbərliyini icra edən Fransanın Avropa məsələləri üzrə naziri Bruno Le Maire və Aİ komissiyasının Türkiyə üzrə təmsilçisi Jean Christophe Filor iştirak ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar