SON XƏBƏRLƏR

AZƏRBAYCAN İRANIN ƏLEYHİNƏ OLAN SƏNƏDİ DƏSTƏKLƏMƏDİ

2021.10.20, 07:36
AZƏRBAYCAN İRANIN ƏLEYHİNƏ OLAN SƏNƏDİ DƏSTƏKLƏMƏDİ

Gunaz.tv
AZƏRBAYCAN İRANIN ƏLEYHİNƏ OLAN SƏNƏDİ DƏSTƏKLƏMƏDİ BMT-nin qətnaməsini dəstəkləməyən ölkələr arasında Ermənistan və türk dövlətləri də var C.MƏMMƏDOV BMT-nin dekabrın 18-də keçirilən ümumi iclasında 69 səs lehinə, 54 səs əleyhinə olmaqla İranda insan haqlarının tapdanması ilə bağlı qətnamə qəbul edilməyib. Bu barədə "www.azadtribun.net" saytı məlumat yayıb. Qeyd edilən qətnamədə işgəncə, geniş formada edamlar, xüsusən ədalətsiz məhkəmələrin qərarı əsasında gənclərin edamı, bərabər hüquq istəyən fəal qadınların məhkəməsi, azlıqlara qarşı ayrı-seçkilik, siyasi hüquqların tapdanması və s. məsələlərlə bağlı çox ciddi narahatlıq bildirilib. Həmçinin bu qətnamədə İran hökumətindən istənilir ki, BMT-yə aid olan təhqiqat və təftiş qruplarına İrana səfər etmək üçün imkan yaradılsın. Bundan əlavə, İran hökumətindən istənilir ki, qeyri-insani cəzalara, o cümlədən ictimai yerlərdə edamlara, gənclərin edamlarına, daşqalaq, qadınlara və azlıqlara qarşı ayrı-seçkiliyə son qoyulsun. İran hökumətinə məsləhət verilir ki, BMT-nin İnsan Haqları Komissiyası ilə əməkdaşlıq etsin və ədliyyə sistemində islahatlar aparsın. "www.azadtribun.net" yazır ki, Azərbaycan Ermənistanla birgə bu qətnamənin əleyhinə səs verib. Türkiyə isə bu iclasda iştirak etməkdən imtina edib. Azərbaycandan əlavə, digər türk ölkələri, o cümlədən Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan da İran rejiminə qarşı qətnamənin əleyhinə səs verib.ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar