SON XƏBƏRLƏR

Azərbaycan Qara dəniz sahilində yeni dəniz limanı tikəcək

2021.10.20, 07:36
Azərbaycan Qara dəniz sahilində yeni dəniz limanı tikəcək

Gunaz.tv
Azərbaycan Qara dəniz sahilində yeni dəniz limanı tikəcək Bakı. Rəşad Süleymanov – APA-ECONOMICS. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstanda aldığı Qara dəniz Terminalının (Kulevi terminalı) maliyyəsi ilə Qara dəniz sahilində yeni dəniz limanının tikintisi planlaşdırılır. Bu barədə «APA-ECONOMICS»ə terminaldan məlumat verilib. Hazırda limanın layihəsi işlənir. Liman böyük həcmli tankerlərə yükləri açıq dənizdə limana yanaşmadan qəbul etmək imkanı yaradacaq. Bununla yanaşı, terminala məxsus limanda böyük yük tankerləri üçün də kanalların genişləndirilməsi və dərinləşdirilməsi işləri aparılır. Hazırda terminalda 700 qədər işci çalışır. Bunlardan 500-i terminalın işçiləri, qalanı isə müqavilə əsasında işləyən şəxslərdir. İşçi heyətinin 80%-i gürcülərdir. Qeyd edək ki, Gürcüstanın Xobi rayonunun büdcəsinin 80%-i Kulevi neft terminalının ödədiyi vəsait hesabına formalaşır. Kulevi terminalı bu yaxınlarda «Moodys International» şirkətinin sertifikatını alıb. ARDNŞ yarımçıq Kulevi terminalını 2006-cı ilin sonunda alıb. Şirkət terminala 300 mln. ABŞ dollarından artıq sərmayə yatırıb. Cari ilin may ayında istifadəyə verilən terminalın illik yükburaxma qabiliyyəti 4 mln. tondur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar