SON XƏBƏRLƏR

CHP millət vəkili: “Ermənilərdən üzr istəyənlər onları Xocalı soyqırımına görə Azərbaycandan üzr istəməyə çağıracaqlarmı?”

2021.10.20, 07:36
CHP millət vəkili: “Ermənilərdən üzr istəyənlər onları Xocalı soyqırımına görə Azərbaycandan üzr istəməyə çağıracaqlarmı?”

Gunaz.tv
CHP millət vəkili: “Ermənilərdən üzr istəyənlər onları Xocalı soyqırımına görə Azərbaycandan üzr istəməyə çağıracaqlarmı?” onuroymen.jpg İstanbul. Mais Əlizadə - APA. “Bu cür təşəbbüslər Türk xalqına qarşı böyük hörmətsizlikdir. 1915-ci il hadisələrinə görə ermənilərdən üzr istəmək - Türkiyəni böhtan şəklində atılan suçu qəbula dəvət etməkdir. Bu cür kampaniyalar ermənilərin işğalçı siyasətini gizləmək məqsədi daşıyır”. APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu Türkiyədə bir qrup şəxsin ermənilərdən üzr istəmək kampaniyasına münasibət bildirən Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Onur Öymən deyib. Ermənistanın 15 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladığını söyləyən O. Öymən ermənilərin 1992-ci ildə əsrin faciəsi olan Xocalıda soyqırımını törətdiklərini vurğulayıb: “1915-ci ildə yaşanan və soyqırımı ilə qətiyyən əlaqəsi olmayan hadisələrə görə ermənilərdən üzr istəməyi təklif edənlər qardaş Azərbaycanın torpaqlarının 20 faizinin işğal altında saxlandığını, ermənilərin Xocalıda soyqırımı törətdiklərini görmürlərmi?” CHP millət vəkili deyib ki, Ermənistanla sərhədi açmaq üçün Türkiyəyə göstərilən təzyiqin yüzdə biri ermənilərə göstərilsəydi, Azərbaycan torpaqları işğaldan azad edilərdi: “Dünya ermənilərə təzyiq göstərmir. Beynəlxalq təşkilatların bu qədər açıqlama vermələrinə baxmayaraq, ermənilər işğal etdikləri bir Azərbaycan kəndini belə boşaltmayıblar. Toplumumuzu ermənilərdən üzr istəməyə dəvət edənlər ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarını boşaltmasını da tələb edəcəklərmi? Xocalı soyqırımı üçün erməniləri Azərbaycandan üzr istəməyə çağıracaqlarmı? Menim üçün bu çox maraqlıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar