SON XƏBƏRLƏR

İranın irqçi fars rejimi bir tir ilə 4 hədəfi nişan alır

2021.10.20, 07:36
İranın irqçi fars rejimi bir tir ilə 4 hədəfi nişan alır

Gunaz.tv
İranın irqçi fars rejimi bir tir ilə 4 hədəfi nişan alır İranın irqçi fars rejimi Güney Azərbaycanı ağır iqtisadi ayrı - seçkiliyə məruz qoyub. Bu da öz növbəsində bais olub milyonlarla Azərbaycanlının fars zonalarına bir tikə çörək üçün köçməsinə. Aşağıdakı film və onlarla buna bənzər filmlər İranın ölkə daxilində yayılan televiziya kanallarında nümayiş etdirmişdir. Film 3 nəfər üzvi olan Güneyli gənc ailənin barəsindədir ki, onlar Kirmanın yaxınlığındakı Kiyanşəhrə köçüblər. Orada özləri üçün zağaya oxşar yer düzəldiblər və eyni halda qarın dolusu çörək tapa bilmirlər. Bu dərd az deyilmiş kimi "evin" yaxınından keçən farslar onları lağa qoyub, " Niyavaran qəsrinə bax!" - deyirlər. Həm də bu ailənin üzvlərini təhqir üçün qaraçı adlandırırlar. Əlbəttə, ölkə daxilində televiziya kanalları Güney Azərbaycanlılarla bağlı bu cür filmləri yaymaqla, əsas məqsədləri o deyil ki, bunların problemi həll olunsun. Əslində bu filmlərlə çalışır millətin ürəyi rəhmə gəlib, İran rejiminə bağlı olan Xeyriyyə Orqanının ( İran rejiminin idarə etdiyi Nurul Zəhra Xeyriyyə Orqanı ) hesabına pul köçürtsünlər. Bir güllə ilə iki dovşan vuranlardan sovet rejimi dövründə çox eşitmişdik, amma İran fars rejimi ondan da zirəkdir. Beləki, o bir güllə ilə 4 hədəfi nişan alır: 1.Azərbaycanları iqtisadi ayrı - seçkiliyə məruz qoymaqla, onları çox ağır vəziyyətdə saxlayır. 2.Onları televiziyada göstərib, məcbur edir ailə üzvləri öz yoxsulluqları və ac qalmaları barədə kamera qarşısında ağlayalar. 3.Azərbaycanlıların insani və milli qürurunu sındırır. 4.Bu ağır vəziyyətdən özü bəhrələnir. Bu filmə baxan camaat rejimin hesabına pul köçürür. Bütün Azərbaycan xalqını bu filmə baxmağa dəvət edirik və xahiş edirik bu suala cavab versinlər: "Nə vaxta qədər?!." http://www.azadtribun.net/x19377.htm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar